Cəlilabadda daha yeni məktəb binası istifadəyə verildi-FOTO
19-10-2016, 18:02
Oxunub: 3 184
19 oktyabr 2016-cı il tarixdə Cəlilabad rayonunda İncilli kəndində 180 şagird yerlik İncilli kənd tam orta yeni məktəb binasının açılış mərasimi olmuşdur
Məktəb binasının açılışına Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri,təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji və şagird kollektivləri, valideynlər, kənd ictimaiyyətinin nümayəndələri və məktəbin tikintisində iştirak edən inşaatçılar toplaşmışdı. Məktəblilər yeni məktəb binasının açılışına gələn rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovu və digər qonaqları gül-çiçəklə, hörmət və ehtiramla qarşıladılar. Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək kənd sakinlərini salamlamış,Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ərəfəsində yeni məktəb binasının açılışı münasibətilə onları təbrik etmişdir. İcra başçısı müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə böyük diqqət və qayğının olduğunu, Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də ölkəmizdə təhsilin inkişafı üçün bütün imkanların yaradıldığını, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlərin yüksək sürətlə davam etdirildiyini diqqətə çatdırmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar respublikanın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti və quruculuq işləri mütəşəkkilliklə davam etdirilir. Ayrı-ayrı yaşayış məntəqələrinə yeni rahat yollar çəkilir, qaz xətləri yenilənir,rayonda yeni su və kanalizasiya sistemi qurulur.Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Açılışda iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki, son on ildə respublikada 3 mindən artıq yeni məktəb binasının tikilərək, yaxud əsaslı təmir edilərək müəllim və şagird kollektivinin istifadəsinə verilməsi, tədris müəssisələrinin ən yeni invertar və avadanlıqlarla təmin edilməsi, aparılan təhsil islahatları gənc nəslin təhsilinin ölkə rəhbərinin daim diqqətində olduğuna bariz nümunədir.Sonra rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yeni məktəb binasının rəsmi açılışını bildirən lenti kəsmişdir.Mərasim iştirakçıları yeni məktəb binalarının kompüter otağı, sinif otaqları, fənn kabinetləri, idman zalı, kitabxanada şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər