Beyləqanda yeni ünvanlı yardım hoqqası – Şikayət
20-10-2016, 09:10
Oxunub: 3 552
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımın təyin olunması əməliyyatını elektron xidmətə keçirdikdən sonra problemlər yaranıb
Bolgexeber.com xəbər verir ki, 24saat.org-a şikayət edən Beylaqan sakinləri Gülnarə İbrahiova və Məhbarə Hüseynova bu problemdən gileyləniblər. Onların sözlərinə görə, mərkəzi poçtda və müvafiq mərkəzlərdə yerləşdirilən sənəd qəbulu məntəqələrindən dəfələrlə lazımı sənədlərini adıçəkilən nazirliyə elektron qaydada yollasalar da, hər dəfə əsassız bəhanələrlə müraciətlər qəbul olunmayıb. Bildirilib ki, hansısa sənədi yenidən yollayın, yaxud başqa bir sənəd də əlavə edin və s. Müraciətçilər belə süni əngəllərlə mübarizədən beziblər. Hər dəfə onsuz da təminatı aşağı olan ailələr müvafiq sənədləri toplamağa bəlli miqdarda maliyyə vəsaiti sərf edir. Nazirliyin cavabı gələndən və yeni sənəd tələb olunandan sonra isə bəzi sənədlərin müddəti bitir. Ailə təmsilçisi yenidən əlavə vəsait tökərək sənədləri toplamağa başlayır. Nəticə isə onu göstərir ki, əvvəlki illərdən fərqli olaraq, indi Beyləqanda yaşayan aztəminatlı ailələrin ünvanlı sosial yardım alması mümkünsüz hala gəlib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər