BolgeXeber.Com » Xəbərlər » Slavyan Universitetində narazılıqlar səngimir - ETİRAZ

Slavyan Universitetində narazılıqlar səngimir - ETİRAZ

20-10-2016, 12:29
Oxunub: 2 094 Slavyan Universitetində narazılıqlar səngimir - ETİRAZNurlana Əliyeva Bakı Slavyan Üniversitetinə rektor təyin olunandan sonra ali məktəbdə narazılıqlar səngimək bilmir

Azinforum.az-a daxil olan məlumata görə, bu gün müəllim və texniki işçilər məvacibini alarkən onların maaşından 25-30 manat kəsilib. Belə ki, sentyabr ayının məvacibi bu gün verilib. Bununla bağlı saytımıza açıqlama verən mənbənin sözlərinə görə, sonuncu dəfə iyul ayında məvaciblər verilmişdi: “Elmi dərəcəsi olan müəllimlərdən başqa bütün işçilərin maaşından 25-30 manat kəsilib. Müəllimlərin, baş müəllimlərin və universitetdəki texniki işçilərin əmək haqları kəsilib. Belə vəziyyət işçilərin böyük narazılığına səbəb olub. Eləsi oldu ki, buna görə ürəyi getdi. Vəziyyətin bu həddə gəlib çatdığını görəndə dedilər ki, mühasibatlıq səhv edib. BSU-da hardasa 600 nəfər məvacib alır. Bu boyda səhv olar?! Eləsi var 160 manat maaş alır. Bundan 30 manat tutanda edir 130 manat. Buna nə ad vermək olar?! Halbuki, Nurlana Əliyeva rektor təyin olunandan sonra ilk vaxtlar söz vermişdi ki, universitetdə işləyənlərin hamısının məvacibi artırılacaq. Sonra sentyabr ayında dedi ki, dossentlərin məvacibi 150 manat, professorların məvacibi isə 300 manat artırılacaq. O cümlədən söz vermişdi ki, müəllim və baş müəllimlərin də maaşı artırılacaq. Ancaq bunun əksinə olaraq dossentlərin maaşı 90, professorların məvacibi isə 170 manat artırılıb. Bu gün maaşı götürəndə məlum oldu ki, müəllimlərin, baş müəllimlərin, labarantların məvaciblərindən 25-30 manat kəsilib. Guya remont ediblər. Lift işləmir, kanalizasiya pis vəziyyətdədir…”.
Bununla bağlı BSU-nun münasibətini öyrənmək istəsək də, bu mümkün olmadı.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.