BolgeXeber.Com » Xəbərlər » Şəhid ailələrindən deputata qəzəb: 100 min populizmdir, milyonluq hotellər bəs?...

Şəhid ailələrindən deputata qəzəb: 100 min populizmdir, milyonluq hotellər bəs?...

20-10-2016, 13:14
Oxunub: 2 440 Şəhid ailələrindən deputata qəzəb: 100 min populizmdir, milyonluq hotellər bəs?...  “Şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfə artırılması barədə təkliflər populizmdir. Bu əlbəttə ki, mümkün deyil”

Bolgexeber.com politika.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Hadı Rəcəbli deyib. Onun fikrincə, müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun təklifi mümkünsüzdür: “11 min manatın 100 min manata qaldırılmasına bugünkü dövlət büdcəmiz heç bir formada imkan vermir. Bu gün hamımız deyək ki, maaşları 22 dəfə artırmaq lazımdır. Belə deyil axı. Bunun arxasında maliyyə, pul olmalıdır. Şəhidlərə 100 min manat versək, Qarabağ əlilləri deyəcək ki, onlara verirsinizsə, bizə niyə vermirsiniz? Müharibə zamanı adi şəraitdə ölən adama da gərək onun heç olmasa ən azı 50 faizini verək”. Məlumata görə, deputatın bu açıqlaması hiddət doğurub. Şəhid ailələri spiker Oqtay Əsədova və prezident İlham Əliyevə müraciət etməyi planlaşdırır. Artıq neçənci dəfədir ki, H.Rəcəbli insanların heysiyyatına toxunan çıxışlar edir. Qocaman deputat bundan əvvəl də aşağılayıcı tonda danışmışdı. Onun bu sözləri yuxarı dairələrdə də qəzəblə qarşılanır. Son xəbərə görə, şəhid ailələri prezidentə müraciətdə H.Rəcəbli barəsində ölçü götürülməsini xahiş edəcək. Onların özlərinə görə, şəhid ailəsinə 100 min verilməsi populizmdirsə, 100 min, 300 minə obyektlər, restoranlar açılması nədir bəs? Şəhid ailələri xatırladıblar ki, H.Rəcəblinin Lənkəranda hotelləri fəaliyyətdədir. Cənub şəhərində deputatın “Palıdlı sahil” istirahət mərkəzi, maliyyə rəisi olan qardaşı İqbal Rəcəbov tərəfindən idarə olunan “Mayak” hoteli xidmət göstərir. Onlarla dükanı, hektarlarla torpaq sahələri və s. mülkləri mövcuddur. Bu vəsaitlər hansı populizmdən uzaq, Tağı Əhmədov kimi 40 illik maaş nəticəsində toplanıb? Şəhid ailələri qeyd edirlər ki, H.Rəcəbli çıxış edəndə burnundan uzağı görmür və yalan açıqlamalar verir. Şəhid ailələri prezidentə teleqram vuracaq. Onlar xahiş edəcək ki, qanunla biznes fəaliyyəti qadağan olunan millət vəkilinin ticarət obyektləri hüquq-mühafizə orqanları tərəfindən tədtiş olunsun. Ayda 2 min manat maaş alan deputat izah versin ki, yüz minlərlə vəsait xərclədiyi həmin məkanları hansı populizmdən uzaq büdcədən əldə edib. Qarşı tərəfi də dinləməyə hazırıq.