“Park Cinema”da vaxtı ötmüş məhsullar satılır-FOTO
20-10-2016, 14:41
Oxunub: 4 166
"Sousu açdığım zaman gördüm ki, onun istifadə müddəti bitib"
Virtualaz.org-un redaksiyasına müraciət etmiş oxuculardan biri “Park Cinema” kinoteatrında vaxtı ötmüş məhsulların satıldığını bildirib. Oxucu yazır ki, “Park Bulvar” ticarət mərkəzində yerləşən kinoteatra daxil olaraq kino bileti və çips alıb. Yalnız sonradan görüb ki, çips üçün sousun istifadə müddəti ötüb.
“Salam. Sizə bu gün qarşılaşdığım hadisə barədə yazmaq istəyirəm. Kino həvəskarı olduğum üçün tez-tez kinoteatra gedirəm. Başqa bir kinoteatrın fəal istifadəçisi olmağıma baxmayaraq, seansın daha uyğun vaxtına görə “Park Cinema”ya getdim və peşman oldum...
Bilet aldım, sonra isə çips almaq qərarına gəldim. Seansın başlama vaxtını gözləyərək kənara çəkildim və çipsləri yemək istədim. Sousu açdığım zaman gördüm ki, onun istifadə müddəti bitib. (Şəkildə özünüz də görə bilərsiniz). “Park Cinema”da vaxtı ötmüş məhsulları necə satmaq olar? Bu haqqı onlara kim verib? Bu suallara cavab mənə qaranlıq qaldı. “Park Cinema”nın işçiləri də cavab verə bilmədilər...” – oxucu yazıb.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər