BolgeXeber.Com » Xəbərlər » Goranboyda fermada məskunlaşan köçkündən 1000 manat istəyirlər – Qaz çəkilişi üçün
Goranboyda fermada məskunlaşan köçkündən 1000 manat istəyirlər – Qaz çəkilişi üçün
20-10-2016, 16:06
Oxunub: 2 726
“Ən acınacaqlısı hal odur ki, Dövlət Qaçkınkomun bizə verdiyi kerosini də bir ildir ki, kəsilib verilmir"
Goranboyda məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün Avropa.info-ya müraciət edib. Tural İbrahimov bildirir ki, onların ailəsi 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşüblər.
Goranboy rayonunun Xoylu kəndində məskunlaşıblar və hal-hazırda orada yaşayırlar. Yaşadıqları o vaxtkı kolxozun beton konstruksiyalı mal-qara fermasıdır. Orada hazırda 4 ailə məskunlaşıb.
T.İbrahimov deyir ki, çox çətin şəraitdə yaşayırlar: “Qış gələndə yaşadığımız fermanın qızdırılması çox çətin olur”.
Tural İbrahimov aralarında körpə uşaqların, xəstələrin olmasını deyir. Dəfələrlə yaxından Xoylu kəndininin 500-600 metrliyindən 500-600 metr qaz xəttindən bu 4 ailə üçün qaz çəkilməsini aidiyyatı qurumlara yazılı şəkildə bildirsələr də bu günə qədər onların müraciətinə cavab verən olmayıb. Hətta Goranboy rayon Qaz İstismar İdarəsindən onlara bildirilər ki, kiçik diametrli xəttin çəkilməsi üçün idarəyə 1000 manat pul ödəməlidirlər. Qaz xəttinin borusunu onlar özləri aldıqdan sonra Goranboy rayon Qaz İstismar İdarəsindən onlara qaz xətti çəkə biləcəklərini deyiblər.
Tural İbrahimov bildirir ki, onların bu qədər pulu olsa, heç kəsin minnətini götürmədən qaz xəttini özləri çəkə bilərlər:
“Ən acınacaqlısı hal odur ki, Dövlət Qaçkınkomun bizə verdiyi kerosini də bir ildir ki, kəsilib verilmir. Gözdən-qulaqdan iraq dövlətin bütün qayğısından kənarda acnacaqlı bir şəraitdə yaşayırıq. Ona görə sizin vasitənizlə xahiş edirik ki, aidiyyatı qurumlara göstəriş verilsin və kömək etsinlər. Yaşadığımız mənzərəni Dövlət Qaçkınkomun nümayəndəsi gəlib öz gözləri ilə görsün”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər