Oğlu Xalq şairinə 60 min dollarlıq abidə qoydurur – Nazirliklə qalmaqal
21-10-2016, 09:40
Oxunub: 3 664
Mərhum xalq şairi Zəlimxan Yaqubun büstünün hazırlanması məsələsində Mədəniyyət və Turizm Nazirliyi arasında fikir ayrılığı yaranıb
BakiPost.az-a daxil olan məlumata görə, nazirlik xalq şairinin büstünün qoyulması üçün 10 min dollar vəsait ayırıb. Amma şairin ailəsi həmin məbləğdə qoyulacaq büstü bəyənməyib. Bu səbəbdən ailə üzvləri istədikləri büstün qoyulması üçün şəxsi hesablarından istifadə ediblər. Onlar 60 min dollara dəbdəbəli bir abidə düzəltdiriblər. Hazırda abidənin son tamamlama işləri aparılır.
Mərhum şairin oğlu Bəhlul Yaqubov saytımıza büstün hazır olduğunu desə də, nazirliklə yaranan qalmaqalı təkzib edib. Bildirib ki, heç bir narazılıq olmayıb: "Narazılıqla bağlı yayılan məlumatın heç bir əsası yoxdur. Atamın büstü hazırdır. Dekabrın sonlarında qoyulacaq”.
Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilib ki, bu məsələlərlə başqa qurum məşğul olur.
Qeyd edək ki, bu ilin yanvarın 9-da dünyasını dəyişən şair Fəxri Xiyabanda dəfn olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər