Abşeronda partlayışda yaralanan məmurla xanımı Türkiyəyə aparıldı
21-10-2016, 10:58
Oxunub: 3 185
Dünən Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alanlardan 2 nəfər Türkiyəyə köçürülüb
Xəsarət alan ev sahibi Müşviq Qurbanov və həyat yoldaşı Şəbruz Novruzova dünən gecə saatlarında Respublika Yanıq Mərkəzindən Türkiyədəki hospitallardan birinə köçürülüblər.
Hadisə nəticəsində xəsarət alan ailənin digər üzvü - 12 yaşlı Leyla Qurbanlı isə vəziyyəti sabit olduğundan onun müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir.
Qeyd edək ki, oktyabrın 20-də səhər saat 5:00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində "Azəravtoyol" ASC-nin əməkdaşı 1972-ci il təvəllüdlü M.Qurbanovun mənzilində qaz sızmasından partlayış baş verib.
Hadisə nəticəsində M.Qurbanov və həyat yoldaşı yoldaşı 1972-ci il təvəllüdlü Ş.Novruzova və qızı 2004-ci il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri alıblar.
Ailənin digər üzvü - 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasının dəyişib.(Trend)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər