BolgeXeber.Com » Xəbərlər » “Aqil Nəzərli bizə Allahın suyunu da vermir…” - Xeyriyyə fonduna yığılan pullar yeyilir
“Aqil Nəzərli bizə Allahın suyunu da vermir…” - Xeyriyyə fonduna yığılan pullar yeyilir
24-10-2016, 10:12
Oxunub: 2 823
Müxtəlif rayonlarda məskunlaşan məcburi köçkünlər ciddi problemlər içində yaşayırlar
Rayon icra başçıları müxtəlif bəhanələrlə onları aldadır, yerlərdəki nümayəndələr isə qaz vurub qazan doldururlar.
Bizimxeber.az-a daxil olan daha bir müraciətdə də məlum problemdən söhbət açılır. Belə ki, Laçından məcburi köçkün olan və Agcəbədi rayonunda məskulaşanlar sözün həqiqi mənasında çətin durumdadırlar. Redaksiyaya ünvanlanan müraciərtdə məcburi köçkünlər bildirilir ki, Laçın rayon icra başçısı Aqil Nəzərli onların problemləri ilə maraqlanmır. Müraciətlərə verilən cavab isə belə olur: “Gedin işinizlə məşgul olun”.
Məcburi köçkünlərin müraciətində deyilir: “Bilmək istəyirik ki, Laçın rayon xeyriyyə fonduna yığılan pullar kimə xərclənir? Bu məsələ nəzarətsizdir. İcra baçısından hesabat tələb edən köçkünləri isə hədələyib, susdururlar. Oz qohum-əqrəbasını başına yığan Aqil Nəzərli küçə süpürməyə də, tikintidə fəhləliyə də, kabab yeməyə də qohum-əqrəbasındakı adamları yerləşdirir”.
24 ildir ki, Ağcabədidə Laçın qərargahının Şeylanlı obasında qamışdan hörülmüş daxmada yaşayan köçkünlər artıq bezdiklərini yazırlar: “Yayda susuzluqdan, qışda da söyüqdan əziyyət çəkirik. Aqil Nəzərli bizə Allahın suyunu da vermir. İçməyə su tapmırıq. Suyu pulla alırıq”.
Sakinlər bildirir ki, xeyriyyə fondunun niyə yaradıldığını və kimə xidmət etdiyini hələ də bilmirlər. Nə vaxt bununla bağlı icra hakimiyyətinə müraciət edirlərsə təzyiqlərlə üzləşirlər: “Bizə deyirlər ki, nə pul var, nə də yardım, gedin işinizlə məşğul olun. Elə isə, ölkə prezidenti İlham Əliyevə səslənirik… Elə isə bu fond niyə yaradılıb? Ora pullar haradan yığılır və hara gedir?”.
Sakinlər bildirirlər ki, Aqil Nəzərlinin məlum əməllərinindən xəbərdar olmaları üçün ölkə prezidenti İlham Əliyevə də, baş prokuror Zakir Qaralova da teleqram ünvanlayıblar.
Bolgexeber.com olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər