Deputat 300 min dollara zirehli avtomobil gətirtdi - FOTO
25-10-2016, 10:25
Oxunub: 3 016
Evakuator vasitəsi ilə qeydiyyat üçün gətirilən zirehli avtomobil məlumata görə, millət vəkili Ağalar Vəliyevin sifarişi ilə alınıb
Qlobal.az-a verilən məlumata görə, dünən Bakı şəhərinə qiyməti 300 min dollar olan zirehli "Lexus 570" avtomobili gətirilib.
Evakuator vasitəsi ilə qeydiyyat üçün gətirilən zirehli avtomobil məlumata görə, millət vəkili Ağalar Vəliyevin sifarişi ilə alınıb. Qeyd edək ki, "Lexus 570" avtomobilinin bu modeli zirehli olmağından başqa, həm də dizaynına və texniki göstəricilərinə görə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Eleqant görünüşlü zirehli Lexus-un flaqmanı və premium SUV-si avtomobilə daha çox status qazandırır.
Məlumatı dəqiqləşdirmək üçün hörmətli millət vəkilinin iş yerinə zəng etsək də telefonumuzu cavablandıran olmadı.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Gəncə ŞİH-nin başçısı Elmar Vəliyevin də zirehli "Lexus 570" avtomobili aldığı barədə məlumatlar yazılmışdı.
Xatırladaq ki, millət vəkili Ağalar Vəliyev Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı "Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə "Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır.
1998-ci ildən "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə"Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2012-ci ildə isə "Şöhrət” ordeni ilə təltil edilmişdir.
Qarşı tərəf də mövqe sərgiləyə bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər