"Oksigen" klinikasına sağlam girən 2 yaşlı körpənin meyidi çıxdı - ŞOK OLAY
27-10-2016, 20:23
Oxunub: 3 292
Polis idarəsinə həkimlərin məsuliyyətsizliyinə dair növbəti şikayət daxil olub. Bu dəfə Oksigen özəl klinikasının əməkdaşları ittiham edilir
Bolgexeber.com xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Nərimanov Rayon Polis İdarəsindən bildiriblər.
Biləsuvar sakini, 1984-cü il təvəllüdlü Həsənov Ramil Qabil oğlunun sözlərinə görə, oktyabrın 26-da saat 16:58-də Təbriz küçəsində yerləşən klinikada əməliyyat stolunda onun iki yaşlı qardaşı oğlu Həsənli Məhəmməd Amil oğılu ölüb. Hələlik oğlanın ayağı əməliyyat olunduğu məlumdur.
Oğlanın doğmaları uşağın həkimlərin məsuliyyətsizliyi ucbatından öldüyündən əmindirlər. Nərimanov Rayon Prokurorluğunda məlumatı təsdiqlədilər və əlavə etdilər ki, fakt üzrə hazırda araşdırma gedir və hələlik heç kim şübhəli şəxs kimi məsuliyyətə cəlb edilməyib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən özəl klinikaların fəaliyyətinə müdaxilə etmə səlahiyyətləri olmadığı, bunun üçün istintaq orqanlarının olduğunu bildiriblər.
Qeyd edək ki, Oksigen klinikası Odlar Yurdu universitetinin rektoru Munir Vəliyevin oğluna məxsusdur. Klinikanın adı dəfələrlə müxtəlif hadisələrdə hallanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər