BolgeXeber.Com » Xəbərlər » Ziya Məmmədovla Cavid Qurbanovun nə fərqi?!

Ziya Məmmədovla Cavid Qurbanovun nə fərqi?!

31-10-2016, 18:32
Oxunub: 1 715 Ziya Məmmədovla Cavid Qurbanovun nə fərqi?!Azərbaycan Voleybol Federasiyasında (AVF) prezident dəyişikliyi hansısa müsbət irəliləyişə səbəb olmayıb. Apasport.az saytı xəbər verir ki, AVF yenə də ölkə çempionatının startını ləngidir

Voleybolu ilə tanınmayan ölkələrdə belə çempionatın yeni mövsümü üçün iştirakçıların adları və sayı açıqlansa da, yalnız Azərbaycanda hər şeyə son gündə aydınlıq gəlir. Hələ bu azmış kimi, reqlament son anda “cızma-qara” edilir, ardınca dəfələrlə dəyişdirilir və cəmi 1 dövrənin təqvimi açıqlanır.

Bu gedişlə 2016/2017 mövsümü də əvvəlkindən fərqlənməyəcək. Çünki bir çox ölkələrdə ən azı 2 tur arxada qaldığı halda, bizdə hələlik çempionatda neçə klubun oynayacağı rəsmi açıqlanmayıb. Üstəlik, oktyabrın sonunadək, daha dəqiq desək, 2 gün əvvəl qadın voleybolçular arasında Super Liqanın açılışı planlaşdırılırdı. Lakin federasiya yenə öz “mövqeyi”ndədi.

Mətbuata yalnız o məlumdu ki, qurumun yeni prezidenti Cavid Qurbanovun hələlik açılışa gəlməyə vaxtı yoxdu. Məhz bu qeyri-rəsmi məlumatdan başqa federasiyadan hansısa dəqiq xəbər verilmir. Halbuki, Qurbanovdan öncə AVF rəhbəri Ziya Məmmədov da çox vaxt ölkə çempionatının açılış mərasiminə qatılmırdı.

Çempionat bir qədər də geciksə, yenə həftə ərzində 2-3 tur, yenə dövrələrarası fasilə olmadan yarış izləyəcəyik. Bununla yanaşı, ölkəmizə gələn legionerlər yenə də Bakı klublarını tərk etdikdən sonra Azərbaycan Super Liqasının qeyri-peşəkar təşkilindən danışacaq.

Son məlumat isə odu ki, Qurbanov noyabrın ilk 2 həftəsi ərzində vaxt tapacaq. Həmin günə uyğun isə yeni təqvim qurulacaq və mövsüm başlayacaq. Bu tarixin noyabrın 8-i olması da gözlənilir...

Hər halda, bütün voleybolsevərlər həmin günü gözləyir. Bəlkə, federasiya azarkeşləri az da olsa fikirləşib, işinə peşəkar yanaşa...