“Azəravtoyol” ASC-nin Aparat rəhbərinin arvadı da öldü- MƏMUR AİLƏSİNDƏ FACİƏ
1-11-2016, 10:40
Oxunub: 2 815
Abşeron rayonun Hökməli qəsəbəsində dəhşətli partlayış nəticəsində dünyasını dəyişən “Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib
Mərhumun yaxınlarının Gununsesi.info-ya verdiyi məlumata görə bu gün Ş. Novruzovanın nəşinin Azərbaycana gətiriləcək.
Qeyd edək ki, hadisə oktyabrın 20-də Hökməli qəsəbəsində qeydə alınıb. Partlayış nəticəsində M. Qurbanovun 3 yaşlı qızı Banıçiçək Qurbanlı ölüb, onun özü, həyat yoldaşı, 44 yaşlı Ş. Novruzova və digər qızı, 12 yaşlı Leyla Qurbanlı xəsarət alıblar. Respublika Yanıq Mərkəzinə yerləşdirilən şəxslərdən 44 yaşlı M. Qurbanovla Ş. Novruzovanın vəziyyəti ağır olduğundan onlar ailə üzvlərinin sifariş etdiyi helikopterlə Türkiyəyə aparılıblar. Lakin M. Qurbanov bir neçə gün əvvəl orada vəfat edib. Ş. Novruzova isə bu gecə ölüb.
Bədəninin 40 faizi yanan Leyla Qurbanlının müalicəsi davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər