BolgeXeber.Com » Xəbərlər » 100 yaşlı Ağsu sakinindən proqnoz - Qış mülayim keçəcək

100 yaşlı Ağsu sakinindən proqnoz - Qış mülayim keçəcək

7-11-2016, 08:25
Oxunub: 2 502 100 yaşlı Ağsu sakinindən proqnoz - Qış mülayim keçəcəkYüz yaşlı Ağsu sakinindən “hava proqnozu”

Yüz yaşlı Ağsu sakini Şahmurad Heydərov yoldan keçən gənc bir oğlanı saxlayıb soruşub:

- Ay oğul, indi hansı ilin payızıdır?

- 2016-cı ilin, baba.

- O əbrişimləri gözüm seçmir. De görüm, yarpaqları tökülüb?

- Yox baba, hələ hamısı tökülməyib.

- Yarpaqlar ağacın harasında qalıb: aşağısında, yoxsa yuxarısında?

- Aşağı yarpaqlar tökülüb, ancaq yuxarıdakılar qalıb.

- Hə, oğul, yarpaqlar aşağıdan tökülməyə başlayıbsa, deməli, bu qış mülayim keçəcək. Bunu mənə babam deyib, ona da babası demişdi.
100 yaşlı Ağsu sakinindən proqnoz - Qış mülayim keçəcək
100 yaşlı Ağsu sakinindən proqnoz - Qış mülayim keçəcək (AZƏRTAC)