BolgeXeber.Com » Xəbərlər » Bakının Dənizkənarı Bulvarında hamını şoka salacaq fakt - Yeyintinin üstü belə açıldı / FOTOLAR
Bakının Dənizkənarı Bulvarında hamını şoka salacaq fakt - Yeyintinin üstü belə açıldı / FOTOLAR
8-11-2016, 18:45
Oxunub: 4 147
Yeni Bakı Bulvarında salınan beton döşəmələrlə bağlı maraqlı faktlar ortaya çıxıb
Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanan hissəsində salınan yeni oturacaqlar və beton daşlarla bağlı maraqlı fakt ortaya çıxıb. Belə ki, parkda salınan beton daşların üzərindəki emblemlərin İstanbul Şəhər Bələdiyyəsinə aid olduğu ortaya çıxıb.
Apardığımız kiçik araşdırmada sözügedən beton daşların "ISTON İstanbul Beton Elemanları ve Hazır Beton Fabrikaları San. Ve Tic. A.Ş.” adlı şirkət tərəfindən Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə satıldığı ortaya çıxıb. Tenderin hansı şərtlərlə bu şirkətə verildiyi və bu məhsulların qarşlığında ödənilən məbləqlə bağlı məlumat əldə edə bilməsək də, şirkətin xaricə idxal etdiyi məhsulların üzərində hansı səbəbdən İstanbul Bələdiyyəsinin embleminin olması daha çox açıq qalan suallardandır. Görünən odur ki, yeni bulvarın tikintisi zamanı istifadə olunan bu məhsul daha öncələr İstanbul Bələdiyyəsi tərəfindən sifariş edilmiş və hansısa səbəbdən istifadə edilməmiş olaraq saxlanılıb. Bu isə qiymətin daha da ucuz olmasına səbəb olan şərtlərdəndir. (azxeber.com)
Daha çox isə dünya praktikasında yeni təmir edilən oturacaqların və ya parklardakı avadanlıqların üzərinə həmin şəhərin emblemi vurulur. Təbii ki, bu iddialar yalnız iddia olaraq öz qüvvəsində qalır. Bu iddiaların həqiqət olub olmadığını isə Bulvar İdarəsi aydınlaşdırmalıdır. Onu da qeyd edək ki, Prezident İlham Əliyev sözügedən parkın tikintisi üçünAzərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrmışdı.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər