Bakıda yol polisləri sürücünü döyüb – FOTO
10-11-2016, 12:47
Oxunub: 2 960
Bakıda sürücü Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən döyülüb
Bolgexeber.com xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsi, “Südçülük sovxoz”u adlandırılan ərazidə baş verib.
Belə ki, Bakı-Masallı istiqamətində hərəkət edən 99 DC 866 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobus yol polisinin “Saxla” əmrinə tabe olaraq hərəkətini dayandırıb.
Mikroavtobusun sürücüsü, 1985-ci il təvəllüdlü Mirzəyev Elşən Şirinbəy oğlunun dediyinə görə, o, sənədləri yol polisinə təqdim edib.
Məlum olub ki, mikroavtobusun sürücüsü üç ay əvvəl 200 manat məbləğində cərimə edilib. Buna görə maşının üzərinə həbs qoyulub. Polis əməkdaşları mikroavtobusu “Cərimə meydançası”na aparmaq istəyib. Buna etiraz edən sürücü E.Mirzəyev ilə Xəzər Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus 99 YP 240 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin (YPX) xidməti avtomobilində əyləşən polis əməkdaşları arasında mübahisə yaranıb, sonra isə dava düşüb.
Nəticədə sürücü E.Mirzəyev döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. E.Mirzəyevə məxsus mikroavtobus isə “Cərimə meydançası”na aparılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsində (PB) araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər