BolgeXeber.Com » Xəbərlər » Zahir Vəliyev cinayətdən necə yayınıb?

Zahir Vəliyev cinayətdən necə yayınıb?

11-11-2016, 14:25
Oxunub: 1 709 Zahir Vəliyev cinayətdən necə yayınıb?"Aztelekom" İB direktor müavinin Məmməd Məmmədovla anlaşdığı iddia edilir


Məlum olduğu kimi «MTN işi» ilə əlaqədar olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir neçə yüksək rütbəli şəxsi həbs olundu.

Onlardan biri də "Aztelekom” İstehsalat Birliyinin (İB) sabiq baş direktoru Məhəmməd Məmmədov idi və onun baş mühasibi Oqtay Rüstəmov həbs edilib. Onlar Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Yeni nazirin təyinatından sonra çoxları «Aztelekom»da islahat və həbs dalğasının davamının olacağını gözləsə də, bu baş vermədi. Məhəmməd Məmmədova yaxın olan şəxslər bu gün də MMC-dəki fəaliyyətlərini davam etdirirlər. Həmin şəxslərdən biri də MMC-də baş direktorun müavini, texniki direktor vəzifəsini tutan Zahir Vəliyevdir.

Bir müddət əvvəl Zahir Vəliyevin mediada onun haqqında olduqca maraqlı iddialar yayılıb. Həmin məlumatlara görə, sözügedən şəxs Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də «Aztelekom»un «qara kassası» kimi də tanınırmış. Vəliyev həmçinin rəhbərlik dəyişsə də, əvvəlcədən yaratdığı şirkətlər vasitəsi ilə dövlət pullarını mənimsəməkdə ittiham olunur: ««DataPlus» və «CNC Qlobal» bu qəbildən olan şirkətlərdəndir və ora Zahir Vəliyev oğlu Tariyel Vəliyevi payçı edib. İddia edilir ki, Tariyel Vəliyev atasının hesabına 200 minlik «Galenvagen» markalı maşın sürür. Tariyel Vəliyev ov həvəskarıdır və bu səbəbdən də dövlət büdcəsinin pulu hesabına başqa bir maşına da sahib olub. Onun başı əyləncələrdən ayrılmır. Atasının hesabına kef məclisləri qurur. «QTelekom» MMC tərəfindən milyonlarla dəyəri olan FO kabel və DSLAM avadanlığını dövlətin balansında olsa da, satıblar. Quba zonasında «Aztelekom»un başında duran sözügedən şəxsi hamı «Qubalı Dollar Zahir» kimi tanıyır. Bu adam Quba zonasında nə qədər savadlı, savadsız qohumları varsa, hamısına rabitə sistemində iş verdirib. Bu azmış kimi, bölgə üzrə yerli şöbələrin rəhbərlərindən də evinin bazarlığını etməsini tələb edir. Qubada 4 mərtəbəli villası var».

Mətbuatda Zahir Vəliyevin çoxlu sayda maxinasiyaları barədə məlumatlar verilməsinə baxmayaraq onun fəaliyyətini yoxlayan olmadı. Maraqlı məqamlardan biri isə vaxtı ilə Zahir Vəliyevin patronu olan M.Məmmədovun Cinayət Məcvəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə ittiham olunsada müavini haqda heç bir tədbir görülməyib.

AzToday.az-a "Aztelekom" İB-dən etibarlı mənbənin verdiyi məlumata görə, əslində baş verən maliyyə maxinasiyalarında Məmməd Məmmədovla bərabər Zahir Vəliyevində əli olub. Əgər bu belə olmasaydı Zahir Vəliyevin milyonlarla dollarlıq biznesi, obyektləri, vilaları, xarici avtomobilləri olmazdı. Mənbəmiz iddia edir ki, əslində "MTN işinə" görə həbs edilən və dövlət vəsaitlərini şəxsi malı kimi çapıb talayan Məmməd Məmmədov dəmir barmaqlılar arasından qurtulmağının çətin olacağını başa düşdüyü üçün Zahir Vəliyevi xilas edib. Belə ki, maliyyə maxinasiyalarında təqsirləndirilən "Aztelekom" direkoru və baş mühasibi mənimsəniən milyonlarla manat vəsaitləri öz boyunlarına çəkməklə digər şəriklərini xilas ediblər. İnformasiya mənbəmizin verdiyi digər ilginc məlumatda isə qeyd edilir ki, keçmiş direktor müavinin xilas etdiyinə görə ondan külli miqdarda hesab alıb.Yəni adında olan əmlakların əlindən çıxacağını görən M.Məmmədov həbsdədə müəyyən "bazarlğa" gedib. İlkin ehtimallara görə istintaqla yüksək səviyyədə əməkdaşlıq edən Zahir Vəliyev özünü tam sığortalmaq üçün M.Məmmədovun bu təklifini qəbul edib. Mənbəmiz bildirir ki, Zahir Vəliyev keçmiş direktoru ilə anlaşdıqdan sonra hakimiyyətin yuxarı dairələrində öz mövqelərini möhkəmləndirmək üçün himayədar axtarışına çıxıb. Və qısa zamandan sonra onun bu istəyi öz nəticəsini verib. İddiaya görə Zahir Vəliyev hakimiyyət daxilində qruplaşmalardan birinin himayəsinə keçib. Onu bu qruplaşmanın çətiri altına alınmasında isə Meliorasiya və Su Təsərüfatı ASC sədri Əhməd Əhmədzadənin böyük rolu olduğu deyilir. Bildirək ki, "Aztelekom" İB yeni direktorunun rayon və şəhər Telefon Qovşaq İdarələrində etdiyi dəyişikliklərdə diqqət etdikdə maraqlı məqamlar ortaya çıxır. Yeni vəzifəyə təyin edilənlərin əksəriyyəti məhz vaxtı ilə Zahir Vəliyevə yaxınlığı ilə tanınan şəxslərdir. Görünür direktor müavini qurumda dayaqlarını möhkəmləndirməklə bərabər həmdə rayon rayon şöbələrini nəzarətinə keçirtmək istəyindədir.

Zahir Vəliyevin fəaliyyəti ilə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqdayıq. Qarşı tərəfi də mövqeyini işıqlandırmağa hazırıq.