BolgeXeber.Com » Xəbərlər » Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir - FOTO

Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir - FOTO

14-11-2016, 17:14
Oxunub: 1 903 Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir - FOTONoyabrın 10-11-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzv dövlətlərin və Tərəflərin Assambleyasının 5-ci illik sessiyası keçirilmişdir

Tədbirdə ölkəmizi Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Bolgexeber.com-a baş prokurorluqdan verilən məlumatda deyilir ki, akademiyaya tərəf olan 70 dövlət və beynəlxalq təşkilatdan 250 nəfər nümayəndənin iştirak etdiyi Assambleyanın açılışında IACA-nın İdarə Heyətinin sədri Eduardo Vetere və Akademiyanın dekanı və icraçı direktoru Martin Kreutner çıxış edərək Akademiyanın inkişafı ilə bağlı görülən işlər, əldə edilmiş uğurlar və gələcək planlar barədə ətraflı məlumat vermişlər.

Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Sessiyada çıxış edən nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən qanunvericilik və institusional islahatlar, əldə edilmiş nailiyyətlər, o cümlədən cinayət təqibi tədbirləri, habelə korrupsiyanın qarşısının alınması sahəsində ən unikal institusional təşəbbüslərdən biri kimi Azərbaycan brendi olan “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasının Akademiya ilə qarşılıqlı əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan nümayəndə heyətinin rəhbəri qurumun Assambleyasının 3-cü sessiyasının Bakı şəhərində keçirilməklə Azərbaycan Respublikası Baş prokurorunun Assambleyanın sədri vəzifəsinə seçilməsinin, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüsal Hüseynovun hazırda Akademiyanın İdarə Heyətinin üzvü olmasının, habelə Azərbaycan Respublikasının nümayəndələrinin Akademiyanın magistr kursları və yay məktəbi proqramlarından mütəmadi olaraq faydalanmasının qarşılıqlı əlaqələrin inkişafına ciddi təkan verdiyini qeyd etmişdir.

Tədbirdə təşkilati məsələlər müzakirə edilmiş, qurumun rəhbər orqanlarına seçkilər həyata keçirilmişdir.

İclasda Argentina Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Mariano Qrosso Beynəlxalq Antikorrupsiya Akademiyasının Tərəflərin Assambleyasının 5-ci sessiyasının sədri seçilmişdir.

Azərbaycan Respublikası ilə Akademiya arasında qarşılıqlı münasibətlər, habelə ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələr nəzərə alınmaqla Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri Assambleyanın 5-ci sessiyasının sədrin müavini vəzifəsinə seçilmiş, habelə sessiyanın aparılması ona həvalə olunmuşdur.

Akademiyanın Assambleyasının növbəti 6-cı illik sessiyasının 2017-ci ildə Misir Ərəb Respublikasında keçirilməsi qərara alınmışdır.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Akademiyanın rəhbərliyi, habelə bir sıra ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilmiş və

qarşılıqlı əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Akademiyanın rəhbər vəzifəli şəxsləri ilə görüş zamanı IACA-nın magistr kursu üzrə modullardan birinin növbəti sessiyasının Bakı şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

Sessiya çərçivəsində Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar, bukletlər və statistik məlumatlar tədbir iştirakçılarına təqdim edilmişdir.

Tədbirdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak etmişdir.
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir - FOTO
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir - FOTO