Azərbaycanda "baş redaktor", "müavin"i və "müxbir" tutuldu
15-11-2016, 13:45
Oxunub: 2 937
Biləsuvarda jurnalistlər tutulub
Rayon polisindən APA-ya verilən məlumata görə, rayonun Bəydili kənd sakini Leyli Xudaverdiyeva polisə müraciət edərək özlərini "Tərəqqi TV" (tereqqi.tv) xəbər portalının baş redaktoru Aygün Həsənova, redaktor müavini Nahid Babayev və müxbiri Elmir Əsgərov kimi təqdim edən şəxslərin Xırmandalı kəndində ona məxsus yeməkxanaya gəldiklərini, obyektdə əxlaqsızlıq yuvası saxlamasını iddia edərək bununla bağlı videoçəkiliş apardıqlarını və görüntünü sosial şəbəkədə yayacaqları ilə hədələyərək ondan 500 manat pul istədiklərini bildirib.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər Leyli Xudaverdiyevadan 200 manat pul alarkən tutulublar.
Onların rayonun Arazbarı kəndində kənd sakini Əli Quliyevə və Hacırüstəmxanlı kəndində İmişli rayon sakini Fazilə Səfərovaya məxsus yeməkxanalara gələrək eyni üsulla Əli Quliyevdən 100 manat pul almaları, Fazilə Səfərovadan isə 500 manat tələb etmələri də müəyyənləşib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər