BolgeXeber.Com » Xəbərlər » Kürdəmir sakinləri şikayətçidir: "Bu adamlardan cana doymuşuq"

Kürdəmir sakinləri şikayətçidir: "Bu adamlardan cana doymuşuq"

17-11-2016, 10:57
Oxunub: 2 593 Kürdəmir sakinləri şikayətçidir: "Bu adamlardan cana doymuşuq"Kürdəmir sakinləri DSMF-nin Kürdəmir rayon şöbəsinin əməkdaşlarının qanunsuz əməllərindən şikayətçidir

Bolgexeber.com sakinlərin azxeber.com-a göndərdiyi şikayət məktubunu təqdim edir:

Son illər ölkəmizdə Dövlət Sosial Müdafiə Fondunun işinin yaxşılaşdırılması istiqamətində xeyli müsbət işlər görülüb. Həmçinin sığorta-pensiya sisteminin müasir şəraitdə qurulması məqsədilə elektron variantlar tətbiq olunmağa başlayıb. Bütün bunlara baxmayaraq, DSMF-nin Kürdəmir rayon şöbəsinin rəhbəri Əlyunis Mütəllimov və fondun digər işçiləri öz dar düşüncələri ancaq öz mənafelərini və "ciblərini” fikirləşirlər. Fondun hər bir işçisi bildiri ki bizi "nazirlik himayə edir, arxamızda böyüklər” dayanıb – deyə bildirirlər. DSMF-nin Kürdəmir rayon şöbəsi insana bir dövlət idarəsini yox , sanki bu idarə fondun işçilərinə öz əcadadlarından miras qalıb. Və fonddan işi keçən bütün Kürdəmir sakinlərini necə deyərlər fondda "soymaqla” məşğuldurlar. DSMF-nin Kürdəmir şöbəsində həm ünvanlı sosial yardım həm pensiyaların təyin edilməsi və həm də icbari dövlət sosial sığortası sahəsində ciddi korrupsiya faktları mövcuddur. Fondda ciddi maxinasiya şəbəkəsi mövcuddur. Burada Şahin İsmiyev, Kərim İsmayılov, Elçin baxışov, Hamil Hidayətov, Valeh Musayev, Tərlan Umudov, Ramin Mürsəlov, Müslüm Məmmədov, Elnur Musayev və digərləri öz vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmir və idarəyə müraciət edən vətəndaşaları süründürməçiliyə məruz qoyurlar. Adları çəkilən şəxslər və dirgərləri barədə Korrupsiya haqqında Azərbaycan Respublikasının Qanunun müvafiq maddələrinə əsasən ciddi tədbirlər görülməlidir.

Amma nədənsə nazir Səlim Müslümov fondun sədri Zakir Babayev, Kürdəmir rayon İcra hakimiyyətinin başçısı və digər aiddiyyatı oraqnlar hələ də susmağa üstünlük verir. Sual oluna bilər ki DSMF-nin Kürdəmir rayon şöbəsi və onun işçilərinin qara əməllərini ört-basdır eləmək onların nəyinə lazım? Onda belə bir sadə məntiq ağıla gəlir ki, bu insanlar – yəni müdir Əlyunis Mütəllimov başda olmaqla Şahin İsmiyev, Kərim İsmayılov, Elçin baxışov, Hamil Hidayətov, Valeh Musayev, Tərlan Umudov, Ramin Mürsəlov, Müslüm Məmmədov, Elnur Musayev və fondun digər işçiləri (bu adlar çox olduğu üçün hamisini yazmağı lüzum görmürük) müəyyən aidiyyatı orqanlara haqq verirlər ki, bunun da müqabilində həmin orqanlar susmağa üstünlük verirlər. DSMF-nin Kürdəmir rayon şöbəsində neqativ hallar yaşanır. Belə ki, şöbədə vətəndaşlar incidilir. Dövr üzrə rüblük bəyannamələri təqdim edəndə, vətəndaşa bildirilir ki, bəyannamədə uyğunsuzluq var. Halbuki vətəndaşların təqdim etdiyi bəyannamədə heç bir uyğunsuzluq olmadığı halda, onların nəsə qoparmaq üçün şöbəyə çağırırlar. Bu cür hallar artıq vətəndaşları narahat edir. Hesabatı qaydasında olmasına baxmayaraq vətəndaşları aldadaraq onlardan nəsə umurlar. Ümumiyyətlə , bütün sahələr üzrə vətəndaşı aldadaraq onlardan rüşvət alırlar. Özü də külli miqdarda. Bundan başqa fondun hər bir işçiləri vətəndaşlarla kobud rəftar edirlər. Müdir şöbədə normal iş mühiti yaratmaq əvəzinə, vaxtının böyük hissəsini digər məsələlərə sərf edir. Vətəndaşları süründürməçiliyə məruz qoyaraq onlar üçün əlavə problemlər yaradır. Fərdi uçot üçün yığılan vəsaitlərin müqabilində ayrı-ayrı şəxslərə yalandan iş satjı yazıb pensiya düzəldirlər. Ayrı-ayrı iş adamlarından məcburi dövlət sosial sığortası adı ilə yığılan vəsaitlərin bir hissəsi büdcəyə keçirilmir. Aidiyyəti dövlət qurumları bu faktın izinə düşsələr, bir sıra məqamlara aydınlıq gətirə bilərlər. Heç yerdə iş təcrübəsi olmayan vətəndaşlara «staj» yazılıb, adlarına əmək kitabçası açılır.

«Stajı»n yazılma qiymətini isə şöbə müdiri özü müəyyən edir. Fondun müdiri Əlyunis Mütəllimov bu çirkin, qanunsuz əməlləri pensiya sektorunun işçiləri vasitəsilə həyata keçirir. 3-5 min rüşvət müqabilində. Amma nədənsə nazir Səlim Müslümov hələ də DSMF-nin Kürdəmir şöbəsinin işçilərinin qanunsuz əməllərinə hələ də göz yumur. Burada sosial yardım sahəsində ciddi özbaşınalıqlar var. Vətəndaşların aldadılması faktları mövcuddur. Belə ki, ölkə başçısı Cənab İlham Əliyevin müvafiq fərmanı ilə ünvanlı sosial yardım tam olaraq avtomatlaşdırılıb. Lakin buna baxmayaraq əhalinin böyük əksəriyyəti sosial yardımın təyin olunması üçün özlərinə aid fərdi məlumatları VEMTAS-a yəni avtomatlaşıdırılmış sistemə sərbəst qaydada daxil edə bilmirlər. Vətəndaşların bilgisizliyindən istifadə edən DSMF-nin Kürdəmir şöbəsinin əksəriyyət işçiləri vətədaşları aldadaraq onlardan 500-1000 manat arası rüşvət alırlar. Guya sosial yardımı fondun işçiləri düzəldiblər. Bu məsələlərdən nazir Səlim Müslümov məlumatlı olduğu halda yenə də susur.

Səlim Müslümovun başçılıq etdiyi nazirliyin məmurları vətəndaşların problemlərinə diqqət ayırmaq, onların həllinə nail olmaq əvəzinə, qanunsuz əməllərinin siyahısını günü-gündən artırırlar.Nazir Səlim Müslümov rayonlardakı şöbələrdə baş verən qanunsuzluqların qarşısının alınması üçün demək olar ki, hər vasitəyə əl atır. Ancaq mayası rüşvətlə "yoğrulmuş” kiçik nazirdən xəbərsiz yenədə qanunsuz əməllərini davam etdirməkdədirlər Ünvanlı sosial yardım almaq üçün DSMF-yə müraciət edən vətəndaşların əksər hissəsi əsassız yerə incidilir. Fondun əməkdaşları, əsasən də Ramin Mürsəlov , Hamil Hidayətov, Səyavuş və digərləri vəvətəndaşlardan birmənalı şəkldə 500-1000 manat rüşvət tələb edir. Əks təqdirdə vətəndaşa məxsus məlumatları VEMTAS- a elə daxil edirlər ki, həmin vətəndaşa sosial yardım düşməsin.

Qeyd etdiyimiz faktlar hamısı doğrudur, şər-böhtan deyil. Buyurun gəlin yerindəcə araşdırın.
Bolgexeber.com