BolgeXeber.Com » Xəbərlər » Prezidentin Füzuliyə səfərinə həsr olunan müşavirə keçirilib

Prezidentin Füzuliyə səfərinə həsr olunan müşavirə keçirilib

17-11-2016, 11:00
Oxunub: 2 178 Prezidentin Füzuliyə səfərinə həsr olunan müşavirə keçirilib Horadiz şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Füzuli rayonuna səfərinin yekunlarına və qarşıda duran vəzifələr barədə rayon ictimaiyyətinin müşavirəsi keçirildi

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, blədiyyələr, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açaraq, Prezident cənab İlham Əliyevin Füzulidə 6-cı dəfə, son beş ildə isə üç dəfə olmasını tarixi hadisə adlandırıb. Bildirib ki, son beş ildə ölkə başçısının rayonumuza 3 dəfə gəlməsi cənab İlham Əliyevin füzulililərə böyük inamı, füzulililərin Prezidentə böyük məhəbbəti hesab olunmalıdır. Ölkə başçısının füzulililərlə görüşü zamanı dediyi sözlər isə onun rayonumuza olan yüksək hörməti və ehtiramıdır.
Alı Alıyev bildirmişdir ki, Prezident cənab İlham Əliyevin noyabrın 12-də rayona növbəti səfəri uğurlu olmuşdur. Səfər zamanı ölkə başçısı Horadiz şəhərində Avtovağzal kompleksinin, Xalça kombinatının, Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa olunan Rəsm Qalareyasının, Fin quraşdırma evlərində məskunlaşan 400 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident görülmüş işləri yüksək qiymətləndirmişdir.
Alı Alıyev qeyd edib ki, ölkə başçısının Füzuli rayonuna növbəti səfəri uşaqdan böyüyə hər bir rayon sakininin ürəyində sabaha inamı, yaşamaq həvəsini, qurub-yaratmaq eşqini daha da alovlandırıb. Füzulililər məhz bu amalla yaşayır, işləyir və öz sabahlarını qururlar.
Çıxış edənlər bildiriblər ki, ölkə başçısının uğurlu daxili siyasətinizin bariz nümunəsi özünü nəinki paytaxt Bakının, eləcə də respublikanın bütün regionlarının, o cümlədən, Füzuli rayonunun da hərtərəfli inkişafında göstərməkdədir. Ölkə başçısının Füzulidə 6 dəfə olması onun rayonumuza böyük diqqəti və qayğısının bariz nümunəsidir.
- “Füzulilər əmindirlər ki, ölkədə həyata keçirilən düzgün daxili və xarici siyasətin ali məqsədi - ana xətti Azərbaycanımızın, o cümlədən rayonumuzun daha gözəl, daha qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.”
Sonra rayon ictimaiyyətinin Prezidentə müraciəti oxunmuşdur.
Müşavirə rayonun incəsənət ustalarının ifasında konser proqramı ilə davam etmişdir.
Bolgexeber.com
Prezidentin Füzuliyə səfərinə həsr olunan müşavirə keçirilib
Prezidentin Füzuliyə səfərinə həsr olunan müşavirə keçirilib
Prezidentin Füzuliyə səfərinə həsr olunan müşavirə keçirilib
Prezidentin Füzuliyə səfərinə həsr olunan müşavirə keçirilib