BolgeXeber.Com » Xəbərlər » BİABIRÇILIQ: Qafqaz Müsəlmanları İdarəsi Xocalı və Zəngilanın işğalını unutdu – FOTO
BİABIRÇILIQ: Qafqaz Müsəlmanları İdarəsi Xocalı və Zəngilanın işğalını unutdu – FOTO
18-11-2016, 17:00
Oxunub: 16 157
" Sualımızı belə eşitmək istəməyən Hacı Salman əsəbi çəkildə bunları dedi: “Bu barədə bir kəlmə də danışmayacam"
Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən hazırlanan təqvimdə işğal olunmuş rayonlarımız barədə ciddi səhvlər aşkarlanıb. Bu barədə A24.az-a vətəndaşlar məlumat veriblər. Bildiriblər ki, qurumun tərtib etdiyi təqvimdə Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin adları yer alsa da, 2 rayonun- Xocalı və Zəngilanın adı çəkilməyib.
Xalımızın bütün dünyaya Xocalı soyqırımını, başımıza gətirilən müsibətləri çatdırmaq istədiyi bir vaxtda dövlət qurumunun bu cür səhvə verməsi yol təbii ki, heç də ürəkaçan deyil, hətta ürək sızladan məqamdır. Başqalarının kölgəsində daldalanmağı, özgəyə xidmət etməyi, yüz illərlə özləri üçün milli dəyər hesab edən, ancaq fürsət düşən kimi çörəyini yediyi millətin qanını içən ermənilər öz yalanlarını təbliğ etdiyi, qondarma erməni soyqırımını bütün dünyaya bar-bar bağırdığı bir zamanda QMİ kimi dövlət qurumunun bu cür səhvə yol verməsi nə dərəcədə düzgündür?
Məsələyə münasibət bildirməsi üçün təqvimin məsləhətçisi Hacı Salman Musayevlə əlaqə saxladıq. Sualımızı belə eşitmək istəməyən Hacı Salman əsəbi çəkildə bunları dedi: “Bu barədə bir kəlmə də danışmayacam”.
Qafqaz Müsəlmanlar İdarsindən isə söylədilər ki, məsələ ilə bağlı gün ərzində məlumat veriləcək.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər