Sevgilisini öldürənin məhkəmə prosesi qapalı keçirilir - İNTİM TƏFƏRRÜATLARA GÖRƏ
24-11-2016, 16:42
Oxunub: 3 442
Qubada “Retro” istirahət mərkəzinə apardığı qadını qətlə yetirməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə davam edib
Bolgexeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxs Elməddin Əhmədovun vəkili vəsatətlə çıxış edib. O bildirib ki, şəxsi həyatla bağlı və intim məsələlər olduğu üçün prosesin qapalı keçirilməsini istəyirlər.
Vəsatət təmin edilib. Media nümayəndələri zaldan çıxarılıb.
Qeyd edək ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gediblər. Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb. Həyata keçirilən tədbirlər nəticəsində E. Əhmədov tutularaq istintaqa təhvil verilib.Lent.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər