BolgeXeber.Com » Xəbərlər » Mübariz Qurbanlı din xadimlərinin spirtli içki içməsi barədə iddialara münasibət bildirib
Mübariz Qurbanlı din xadimlərinin spirtli içki içməsi barədə iddialara münasibət bildirib
5-12-2016, 20:38
Oxunub: 2 405
“Hər başına papaq qoyan və əlində “Quran” tutan adam din xadimi deyil”
Bolgexeber.com “Report”a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fitnə” filminin nümayişi zamanı tələbələrdən birinin sualını cavablandırarkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O, tələbənin “bəzi mollalar səhər hüzr yerinə gedir, axşam isə spirtli içki içir, bu, nə qədər düzgündür?” sualına cavabında həmin şəxslərə Komitə tərəfindən cəza nəzərdə tutulmadığını deyib.
“Din xadimi o şəxs sayılır ki, o, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının imtahanından keçərək müvafiq titul və xüsusi vəsiqə alır. Azərbaycanda belə vəsiqə alan din xadimlərinin sayı 600-dən yuxarı deyil.
Rayonlarda dini ayinləri oxuyanların bəziləri, inanmıram ki, rəsmi təyinatlı imam və ya axunddurlar. Eyni zamanda, din xadimlərinin ayrıca paltarları da olur. Əgər kimsə başqa məqsədlər üçün bu sahədə olandırsa, onun cəzası Allah qarşısında olacaq”, - deyə M.Qurbanlı sözlərinə əlavə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər