BolgeXeber.Com » Xəbərlər » Layihə çərçivəsində Tarix-diyarşünaslıq Muzeyində müzakirə təşkil edilmişdir-Beyləqanda

Layihə çərçivəsində Tarix-diyarşünaslıq Muzeyində müzakirə təşkil edilmişdir-Beyləqanda

6-12-2016, 11:33
Oxunub: 2 699 Layihə çərçivəsində Tarix-diyarşünaslıq Muzeyində müzakirə təşkil edilmişdir-BeyləqandaMüzakirələrdə bildirilmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir

Bolgexeber.com xəbər verir ki,dekabrın 5-də “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyalarının yeniyetmə və gənclər arasında təbliği” layihəsı çərçivəsində Beyləqan tarix diyarşünaslıq muzeyində müzakirə təşkil edilmişdir.
Tədbiri giriş sözü açan layihə rəhbəri Zaur Quliyev açaraq layihə haqqında məlumat verərək bildirib ki, Azərbaycançılığın ümummilli məfkurəyə, bütün dünya azərbaycanlılarını birləşdirən ideyaya çevrilməsi məhz xalqımızın dahi şəxsiyyəti Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub.
Müzakirələrdə bildirilmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən Azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışdığını, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan Azərbaycançılıq konsepsiyasını irəli sürüb.
Təbirdə iştirak edənlər Azərbaycançılıq ideyasının inkişafının ilk olaraq böyüməkdə olan yeni nəslə təhsil müəsissələrindən başlayaraq təbliğ olunmasının vacibliyini, regionlarda belə layihələrin mütəmadi olaraq həyata keçirilməsini, yeniyetmə və gənclərin Azərbaycanın dövlətçilik tarixinə dərindən bələd olmalarında tarix müəllimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü və tarix-diyarşünaslıq muzeylərinə, tarixi abidələrə yeniyetmə və gənclərin mütəmadi səfərlərinin təşkilinin vacibliyini vurğulamışlar.

Bolgexeber.com
Layihə çərçivəsində Tarix-diyarşünaslıq Muzeyində müzakirə təşkil edilmişdir-Beyləqanda
Layihə çərçivəsində Tarix-diyarşünaslıq Muzeyində müzakirə təşkil edilmişdir-Beyləqanda
Layihə çərçivəsində Tarix-diyarşünaslıq Muzeyində müzakirə təşkil edilmişdir-Beyləqanda