BolgeXeber.Com » Xəbərlər » Ürək xəstəxanasında ürəkağrıdan MƏNZƏRƏ - ŞOK FOTOLAR

Ürək xəstəxanasında ürəkağrıdan MƏNZƏRƏ - ŞOK FOTOLAR

13-12-2016, 13:01
Oxunub: 2 774 Ürək xəstəxanasında ürəkağrıdan MƏNZƏRƏ - ŞOK FOTOLARSon illər Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı sürətlə artır

Ən təhlükəlisi isə, ilbəil bu xəstəliyin cavanlaşmasıdır. Əgər əvvəlki illərdə ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, hazırda bu rəqəm xeyli aşağı düşüb.

Amma bu xəstəlikdən əziyyət çəkən insanların ümid edib üz tutduqları səhiyyə ocağı-Elmi-Tədqiqat Kardiologiya İnstitutunun acınacaqlı vəziyyətini görəndə adamın həqiqətən ürəyi ağrayır. Uçulub-dağılan divar və tavanlar, yemək otağının aqibəti, bir sözlə, institutun bu günkü şəraitinə baxmağa sağlam ürək lazımdır.

Bu ağır şərait isə orada işləyən kollektivi deyil, xəstələri narahat edir.

Məsələ ilə əlaqədar Kardiologiya İnstitutu ilə əlaqə saxlasaq da, direktorla danışmaq cəhdimiz boşa çıxdı.

Tibbi ekspert, professor Aqil Qeybulla AzNews.az-a açıqlamasında Kardiologiya İnstitutunun vəziyyəti ilə bağlı danışmaq istəməsə də ürək xəstəliklərinin yaranmasının ən başlıca səbəbini gündəlik həyat tərzi ilə əlaqələndirib:
“Birinci növbədə az hərəkətsizlik, həddindən artıq yağlı yeməklərə, xolesterinli qidaların qəbulu və maddələr mübadiləsi pozulması ürək xəstəliklərinin bünövrəsini qoyur. Hazırda respublikada bu xəstəlik geniş yayılıb. İnsanlarımız az hərəkət edir və çox yeyir, nəticədə mübadilə pozulur, həddən artıq piylənmə yaranır. Əhalinin 100 nəfərini müayinə etsək, onun 90%-i artıq çəkidən əziyyət çəkir. Bu da orqanizm üçün əlavə yükdür və eyni zamanda damarların tıxanması ilə nəticələnir. Ürək damarlarının tıxaclanmağı xeyli gəncləşib.”

Aqil Qeybulla urək xəstəliyinin 40 yaşlı kişilər arasında daha geniş yayıldığını vurğulayıb: “Hazırda 100 nəfərindən 10 nəfəri ürək xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə tutulmamaq üçün insanlar ilk növbədə həyat tərzini dəyişməlidir. Bundan əlavə, siqaret, tütün məmulatlarından istifadə kimi zərərli vərdişlərdən və tənbəllikdən çəkinmək lazımdır.”