İki eks nazirin taleyi bəlli olur... - Gəlişmə...
13-12-2016, 13:02
Oxunub: 2 091
“MTN işi”nin məhkəmə istintaqı davam edir
Son günlər eks nazir Eldar Mahmudova yaxın olan, konkret olaraq Akif Çovdarovun tapşırıqlarını həyata kecirən “reket” jurnalistlər həbs olundu. Bütün bunların fonunda həbs dalğası artıq yeni bir müstəviyə çatıb. Yeni mərhələdə həbs olunmalı daha vacib iki şəxs qalır – keçmiş nazirlər Əli Abbasov və Eldar Mahmudov.
Mediafax.Az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, yaxın günlərdə öncə Əli Abbasov, daha sonra isə Eldar Mahmudovun həbsi reallaşacaq.
Elə bu səbəbdən də istər Akif Çovdarovun, istərsə də “Rabitə işi”nə görə həbs edilən yüksək çinli məmurların məhkəməsində vaxt uzadılmaları baş verir. Məhkəmə ifadələrindən də göründüyü kimi, hər kəs Eldar Mahmudovla Əli Abbasovun adını çəkir. Mediafax.Az-a məlumat verən mənbə bildirir ki, Eldar Mahmudov həbs olunacağını artıq bilir.
Daha bir maraqlı məqam isə Əli Abbasovun həbs olunan adamlarının məhkəmədə dövlət büdcəsindən oğurladıqları milyonları qaytarmaq istəımələri ilə bağlıdır. Belə ki, bir müddət əvvəl Vidadi Zeynalovla Beytulla Hüseynov pulların qaytarılmasına hazır olduqıarını etiraf etdilər. Bu isə onların həbsdən qurtulmaları üçün əsas deyil. Mənbə bildirir ki, “MTN işi”nə görə həbs olunan şəxslərin əmlakına həbs qoyulub və bu əmlaklar müsadirə ediləcək. Hətta son günlər həbs edilən reket jurnalistlərin avtomobillərinə və əmlaklarına da həbs qoyulub.
Beləliklə, yaxın günlərdə, iki əsas fiqurların Eldar Mahmudovla Əli Abbasovun həbs olunmasının şahidi olacağıq.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər