BolgeXeber.Com » Xəbərlər » Bərdə Mədəniyyət və Turizm şöbəsi Heydər Əliyevlə bağlı tədbirlər keçirib-FOTO

Bərdə Mədəniyyət və Turizm şöbəsi Heydər Əliyevlə bağlı tədbirlər keçirib-FOTO

13-12-2016, 13:19
Oxunub: 2 173 Bərdə Mədəniyyət və Turizm şöbəsi Heydər Əliyevlə bağlı tədbirlər keçirib-FOTOBərdə rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan müəssisələrdə Ümummilli Liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir və həmçinin bütün Azərbaycan xalqı öz xilaskarı, ümummilli lideri Heydər Əliyevin anım gününü qeyd edir

Tədbirlərdə Ulu Öndərin əziz xatirəsini dərin minnətdarlıq hissi ilə anır. Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən geniş söz açılaraq bildirilibki ki, ulu öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycanın milli tarixinin yaradıcısıdır. Çünki o müstəqil milli dövlətçiliyin təməlini qoyan, onu pillə-pillə ucaldan bir dahi şəxsiyyətdir. Bu mənada tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda döyüşən və onun qələbəsini təmin edən istedadlı sərkərdədir. Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.
Keçirilən tədbirlərdə həmçinin prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlardan, əldə olunan nəticələrdən xalqın sabaha olan inamından, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyindən, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğundan geniş məlumatlar verilmişdir.
Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Sonda onuda qeyd etmək olarki ümummilli liderimiz olan Heydər Əliyev daima Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaqdır. Bərdə rayon mədəniyyət işçilərinində bu dahi şəxsiyyəti daima anmaq bir şərəfli borcudur çünki Ulu Öndər Heydər Əliyev heç bir zaman qədim Bərdəmizi öz diqqətindən kənarda tutmamışdır.
Bolgexeber.com