Bu gün Azərbaycanda analoq televiziya yayımı tam dayandırılacaq
20-12-2016, 09:39
Oxunub: 3 694
Azərbaycanda bu gündən etibarən son olaraq 14 rayonda analoq televiziya yayımı dayandırılacaq və beləliklə ölkə üzrə tam olaraq rəqəmli TV yayımına keçiləcək
Bolgexeber.com xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov Report-a deyib.
O bildirib ki, dekabrın 20-dən etibarən analoq yayımı həyata keçirən 330 televiziya ötürücüsünün sonuncuları da söndürüləcək:
“Hazırda rəqəmli televiziya yayımını 145 TV ötürücüsü həyata keçirir. Amma bəzi ərazilərdə olan boşluğu aradan qaldırmaq üçün daha 45 ötürücü sifariş olunub. Onlar da quraşdırıldıqdan sonra ötürücülərin say 190-a çatdırılacaq. Bakı şəhərində 18, Abşeronda isə 20 rəqəmli televiziya ötürücüsü quraşdırılıb. Quraşdırılan rəqəmli televiziya ötürücüləri əsasən İtaliyadan gətirilib. Bundan başqa, Rusiya, Türkiyə, Baltikyanı ölkələr, az sayda olsa da Almaniya və Yaponiya şirkətlərindən də ötürücülər alınıb”.
Dekabrın 20-də – son mərhələdə analoq yayımın dayandırılacağı rayonlar Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astaradır.
Qeyd edək ki, MTRŞ-nın qərarına əsasən, rayonlarda analoq yayımın dayandırılması mərhələli şəkildə həyata keçirilib.
Birinci mərhələdə - 1 dekabr tarixdən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmazda, ikinci mərhələdə - 10 dekabr tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda analoq yayım dayandırılıb.
Bakı və Abşeronda isə analoq yayım noyabrın 1-dən etibarən dayandırılıb.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər