BolgeXeber.Com » Xəbərlər » Ramiz Həsənov bir maxinator kimi... - İTTİHAM VAR

Ramiz Həsənov bir maxinator kimi... - İTTİHAM VAR

23-12-2016, 10:32
Oxunub: 2 014 Ramiz Həsənov bir maxinator kimi... - İTTİHAM VARLəğvi gündəmdə olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evlərinə qənim kəsilib

Komitənin rəhbəri Ramiz Həsənov ölkədə böyük biznes imperiyasına malik olan məmurlardan hesab edilir. Onun sərvəti sadəcə olaraq ağlasığmaz rəqəmlərdən ibarətdir.

Komitənin məsul şəxsləri əyrinti mexanizmini genişləndirmək və daha çox qazanmaq naminə sahibkarlara qoyulan “aylıq” və “illik hesab” planını durmadan artırırlar.

Komitə sədrinin işçiləri sahibkarlara əziyyət verirlər. Onlar açıq şəkildə sahibkarları komitə sədrinin adıyla istədiklərini qoparmadan əl çəkmirlər.

Əks halda dövlətin bunlara verdiyi gücdən istifadə edərək müəssisə rəhbərlərinin başına açmadıqları oyun qalmır.

Komitənin müxtəlif müəssisələrdə həyata keçirdiyi yoxlamalar formal xarakter daşıyır. Qanun pozuntularının mövcud olduğu bir sıra qurumların rəhbər şəxsləri komitənin əməkdaşlarını razı yola salmağın üsulunu bilirlər.

Sahibkarlar komitənin əməkdaşları ilə nəyinsə qarşılığında «razılıq» eldə edib mövcud təhlükələrdən özlərini sığortalayırlar.
Məhz bu tip işlərin qarşılığında hər ay Ramiz Həsənovun büdcəsinə külli miqdarda vəsait daxil olur.

Bu vəsaitləri dövlət büdcəsinə vergi şəklində ödəməyə hazırdırlar.

Amma komitənin aldığı pullar komitə rəhbərliyinin cibinə axır. Paytaxtdakı şadlıq sarayları, restoran şəbəkələri, kafelər komitə əməkdaşlarının əlindən cana doyub.

Cəmi 3 ay – meyvə-tərəvəz mövsümündə intensiv işləyən müəssisələr üçün bu çox böyük məbləğdir və əksər müəssisə sahibləri bu yükün altına girmək istəmir.

Ramiz Həsənov bu vəzifəyə təyin olunduqdan sonra, yəni 2005-ci ildən başlayaraq qurumun ciddi təzyiqi ilə üzləşiblər.

Məsələn, meyvə-tərəvəz emal edən kiçik sexlərdən standartlaşdırma, metrologiya və patent üzrə ayrı-ayrılıqda lisenziya almaq tələb edilir. Hər lisenziyanın da qiyməti 1500 manatdır. Halbuki hər bir lisenziya üzrə dövlət rüsumu 120 manatdan çox deyil.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evi və restoranlarda çatışmazlıqlar “aşkarlayır” və hər obyektə dövriyyəsinə görə “haqq” qoyulur. Fantastik standartlar istənilən vaxt şadlıq evlərinə müdaxilə üçün “hüquqi əsas” verir. \\regionxeberleri.com\\