İsmayıllı Olimpiya Kompleksi MMC-nin direktoru haqda ŞOK DOSYE
23-12-2016, 15:47
Oxunub: 3 721
Maraqlısı budur ki, 4 diplomu olan ziyalı latın qrafikası ilə yazmağı və oxumağı bacarmır
İsmayıllı Olimpiya İdman Kompleksi MMC-nin direktoru Tofiq Hümbətovla bağlı maraqlı məlumat daxil olub.
Etibarlı mənbəmizin verdiyi məlumatlara görə, T. Hümbətov heç də sıradan birisi deyil. Mənbə iddia edir ki, kompleksin heç bir maliyyə sənəti yoxdur və hal-hazırda 60.000 manat kəsiri var (bu barədə növbəti yazılarımızda tanış ola bilərsiniz). Digər bir məlumatda olimpiya komplekslərində katejlər "gecə qonaqları” üçün sərbəst fəaliyyət göstərdiyi vurğulanır. Belə ki, bir gecə 50 manat dəyərində qiymətləndirilən katejlərdə kimlərin xoş istirahət etdiyi barədə də məlumatlar əldə etmişik. Bu istiqamətdə araşdırmalarımız davam etdiyi üçün bəzi məqamlara toxunmaq istəmirik. Lakin növbəti yazılarımızda məsələnin tam təfərrüatı ilə tanış olacaqsınız...
Əslində məqsədimiz İsmayıllı Olimpiya İdman Kompleksin direktoru Tofiq Nümbətovun ətrafında baş verən xoşagəlməz hadisələri işıqlandırmaqdır. Əldə etdiyimiz məlumatlara görə, Tofiq "müəllimin” 4 ali təhsil aldığı bildirilir. Maraqlısı budur ki, 4 diplomu olan ziyalı latın qrafikası ilə yazmağı və oxumağı bacarmır.
Lakin peşəkar ticarətçi kimi rayonda məşhurdur. Məsələn, rayonda dəri alveri ilə daha çox tanınan Tofiq müəllim 5-ci diplomu almaq üçün bütün vasitələrdən istifadə edir. Növbəti yazılarımızda biləcəksiniz:
1)Tofiq Hümbətov diplomları kimin vasitəsi ilə əldə edib?
2)Katejlərdən gələn gəlirə Tofiq Hümbətov kimləri şərik edir?
3)Kompleksin direktoru hansı nazırə daha çox arxalanır?
Dosye.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər