Sirkin binasının təmiri məsələsi dövlətin xüsusi diqqətindədir
24-12-2016, 12:27
Oxunub: 1 989
Sirkin binasının təmiri məsələsi dövlətin xüsusi diqqətindədir
Bu sözləri Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Axar.az-a danışarkən deyib. O, Bakıda demək olar ki, bütün mədəniyyət ocaqlarının yüksək səviyyədə təmir olunmasına baxmayaraq, indiyə qədər sirkin binasının diqqətdən yayınmasına aydınlıq gətirib:
“Yaxın zamanlarda sirkin təmirə bağlanması gözlənilir. Hətta deyim ki, təmirdən sonra bizim sirkimiz regionda ən yaxşı sirk binası olacaq”.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə də Bakı Dövlət Sirkinin yaxın gələcəkdə təmir olunması nazirliyin planları arasındadır.
Xatırladaq ki, 2015-ci ilin aprelində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakı sirki üçün yeni bina tikiləcəyi barədə məlumat vermişdi. Nazir qeyd etmişdi ki, yeni binanın inşası ilə bağlı bir neçə layihə hazırdır: “Sirkin binası şəhərin mərkəzində daha geniş ərazidə olacaq. Hazırda bu işlə bağlı bir neçə memar çalışır. Yəqin ki, yaxın illərdə bu məsələ də öz müsbət həllini tapacaq".
Ötən ilin sentyabr ayında da Mədəniyyə və Turizm Nazirliyindən verilən rəsmi açıqlamada yeni sirk binası üçün torpaq ayrılması istiqamətində işlərin davam etdiyi vurğulanmışdı.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər