BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Yeni il sevincləri” adlı musiqili ədəbi- bədii tədbir keçirildi-FOTO

Bərdədə “Yeni il sevincləri” adlı musiqili ədəbi- bədii tədbir keçirildi-FOTO

24-12-2016, 14:21
Oxunub: 3 258 Bərdədə “Yeni il sevincləri” adlı musiqili ədəbi- bədii tədbir keçirildi-FOTO23 dekabr 2016-cı il tarixdə Bərdə rayon Mərkəzi kitabxananın Uşaqlara xidmət şöbəsində 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə “Yeni il sevincləri” adlı musiqili ədəbi- bədii tədbir keçirildi

Tədbiri giriş sözü ilə Uşaqlara xidmət şöbəsinin müdiri Sevda Süleymanova açdı. O, tədbir iştirakçılarını salamladı və söylədi ki, biz sizinlə illərin qovuşuğunda görüşürük. 2016-cı il öz yerini yeni 2017-ci ilə təhvil verir. Əziz uşaqlar, hər yeni il gələndə insanlar ötən ilə nəzər salır, öz-özünə hesabat verirlər. Bu bir ildə mən nə etdim? Uğurlarım nə oldu, səhvlərim nə oldu? Yəqin ki, əziz dostlar siz də belə edirsiniz. Ötən il sizin də həyatınızda sevincli hadisələr baş verib. Siz bir yaş böyümüsünüz, savadınız artıb, dünyagörüşünüz daha da zənginləşib və sair.
Yeni il bütün dünyada dini etiqadından asılı olmayaraq müxtəlif xalqlar tərəfindən qeyd olunan ən məşhur bayramlardandır. Yeni ili bayram etməklə insanlar belə hesab edirlər ki, bütün uğursuzluqlar və kədərli anlar köhnə ildə qalır, yeni il yeni arzular, ümidlər gətirir.
31 dekabr yeni il bayramı ilə bərabər həm də Dünya Azərbaycanlılarının həmrəyliyi günüdür. Bizi birliyə səsləyən həmrəylik günü. Adından bəllidir bayramın məqsədi. Sən də əziz dost, dünyada yaşayan bütün azərbaycanlıların əlindən elə möhkəm tut ki, dost əlləri heç bir qüvvə ayıra bilməsin. O hər iki bayram münasibətilə uşaqları, müəllimləri və valideynləri təbrik etdi, onlara işlərində müvəfəqqiyyətlər arzuladı .
Sonra şənlik başladı. Tədbirdə Rayon 1 saylı orta məktəbin şagirdləri, şəhər 1№ uşaq incəsənət məktəbinin rəqs qrupu, 4 saylı məktəbin şagirdləri, 1 saylı uşaq baxçası körpələr evinin uşaqları, şəhər 4№ uşaq incəsənət məktəbin şagirdləri iştirak edirdi.
Şaxta baba və Qar qızın, Qar adamının gəlişi uşaqları çox sevindirdi. Uşaqlar çoxlu şerlər söylədi, mahnılar oxudular, rəqslər ifa etdilər, səhnəciklər göstərdilər. Şəhər 1saylı tam orta məktəbin şagirdləri xüsusilə daha fəal iştirak etdilər. Şaxta baba və qar qız məktəblilərin çıxışlarını çox bəyəndiklərini söylədilər. Sonra hamı birlikdə Şaxta baba və Qar Qızla, Qar adamı ilə birlikdə yolkanın ətrafında rəqs etdilər.
Hər bir fəaliyyətin əlbəttə ki, müəyyən bir məqsədi olmalıdır. Tədbirin keçirilməsində məqsəd yenə də ilk olaraq uşaqları kitabxanaya diqqətini cəlb etmək, həm də əlamətdar günlərin uşaqların yaddaşlarında daha da möhkəmlənməsinə yönəltməkdir.
Bolgexeber.com
Bərdədə “Yeni il sevincləri” adlı musiqili ədəbi- bədii tədbir keçirildi-FOTO
Bərdədə “Yeni il sevincləri” adlı musiqili ədəbi- bədii tədbir keçirildi-FOTO
Bərdədə “Yeni il sevincləri” adlı musiqili ədəbi- bədii tədbir keçirildi-FOTO
Bərdədə “Yeni il sevincləri” adlı musiqili ədəbi- bədii tədbir keçirildi-FOTO
Bərdədə “Yeni il sevincləri” adlı musiqili ədəbi- bədii tədbir keçirildi-FOTO