Astan Şahverdiyev: "Camaat gərək azğınlaşmasın"
26-12-2016, 12:42
Oxunub: 3 153
İki gün öncə verdiyim açıqlamada heç kəsi təhqir etməmişəm ki, üzr də istəyəm
Amma dediklərimə görə, təəssüf edirəm. Əsəbi olmuşam, o cür ifadə işlətmişəm. Siz də o mənzərəni görsəydiniz, elə deyərdiniz.
Bolgexeber.com xəbər verir ki, bu sözləri Report-a açıqlamasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev deyib. O, telefon nömrəsinin sosial şəbəkələrdə paylaşılmasına da münasibət bildirib:
"Elektron ünvanım yoxdur. Hazırkı telefon nömrəmi də 11 ildir işlədirəm. Hər kəs də bilir. Nömrəmi sosial şəbəkələrdə paylaşmaları onların öz işləridir".
A.Şahverdiyev qeyd edib ki, Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin problemi Azərişıq Açıq Səhmdar Cəmiyyəti ilə müzakirə edilib:
"Məsələ Azərbaycan Prezident Administrasiyasına məruzə olunub. Artıq, sakinlərin elektrik enerjisi bərpa edilib. Bu halların təkrar olunmaması üçün yollar axtarılır. Milli Məclisin dekabrın 30-da keçiriləcək plenar iclasında çıxış edəcəm, xahiş edəcəm ki, insanların problemi həll edilsin. Bilirsiz ki, qış sərt olacaq, camaatın da yeganə istilik mənbəyi elektrik enerjisidir. Camaatı başa düşürəm, onlar da gərək azğınlaşmasın".
Millət vəkili Bakipost.az-a açıqlamasında isə cəbrayıllılarla bağlı baş verən insidentdən sonra ona "Azadlıq" radiosundan zəng vurulduğunu, yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirdiyini, zəngin o ana düşdüyünü və istəmədən belə bir ifadə işlətdiyini bildirib: "Təəssüf edirəm ki, ehtiyatsızlıq ucbatından işlətdiyim fikirlər insanları incidib". A.Şahverdiyev fikrilərini düzgün ifadə edə bilmədiyi üçün özünü qınadığını da deyib: "Fikirlərimi düzgün ifadə edə bilməmişəm. Bu səbəbdən təəssüf hissi keçirirəm. İstədəmədən işlətdiyim ifadə belə alınıb”.
Ölkə.az-a açıqlamasında isə deputat belə sözlər işlətdiyini təkzib edib: "Mənim əleyhimə bu yazıları təşkil edənlərin izinə düşmüşəm. O adamlar atamı da təhqir etmişdi. Fikrimi demişəm. Azərbaycan xalqının ziyalı təbəqəsi, Azərbaycanı dünyada, Avropada təmsil edən elm adamları, alimlərimiz, müsiqiçilərimiz, sənət adamlarımız, iş adamları hamısı ölkəmizə baş ucalığı gətirən insanlardır. Mən ağılsız adama oxşayıram ki, millətin qaymağına o sözü deyim? Sentyabrda Moskvada konfransda idim, bir professor dedi ki, sizdən bura gələn adamların əksəriyyəti bazar adamlarıdır. Əlbəttə, onun cavabını verdim. Bizim xalqa qarşı işlədilən ifadələr məni çox yandırır. Dezinformasiya, şantajla məşğuldurlar".
Özünə qarşı qaralama kampaniyası aparıldığını iddia edən deputat həmin adamın adını çəkməyəcəyini deyib: "Onu məhkəməyə verəndə özünüz görəcəksiniz".
Qeyd edək ki, A.Şahverdiyev iki gün öncə "Azadlıq radiosu"na verdiyi müsahibə qalmaqala səbəb olub. O, müsahibəsində etiraz edənləri "nəşəli", "içkili" adlandırıb, Rusiyaya işlə bağlı gedənlər barədə də "otxod" ifadəsini işlədib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər