BolgeXeber.Com » Xəbərlər » Tu-154-ün uçuş trayektoriyası

Tu-154-ün uçuş trayektoriyası

26-12-2016, 12:46
Oxunub: 2 982 Tu-154-ün uçuş trayektoriyası Mütəxəssislər Tu-154 təyyarəsinin uçuş trayektoriyasını dəqiq müəyyən etməyi bacarıblar

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Onlar təyyarənin sahildən altı kilometr kənarda yerə düşdüyünü bildiriblər. Hazırda təyyarənin qalıqlarının axtarışına 39 gəmi və kater, 135 dalğıc cəlb edilib. Axtarış əməliyyatında ümumilikdə 3500 nəfər çalışır.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin Suriyaya yollanan Tu-154 təyyarəsi dünən Qara dənizdə qəzaya düşüb. Təyyarənin göyərtəsində 92 sərnişin olub: 64 nəfər Aleksandrov adına ansamblının artisti, 9 jurnalist, eləcə də “Ədalətli yardım” xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka (Doktor Liza – red.), 8 əsgər və 8 ekipaj üzvü.

Qəzadan sağ çıxan olmayıb. Bu vaxta qədər 10 meyit sudan çıxarılıb və Moskvaya aparılıb.