BolgeXeber.Com » Xəbərlər » “İlin dörd fəsli” MMC-nin borcu sakinləri niyə narahat edir? - Baba Rzayev müraciət
“İlin dörd fəsli” MMC-nin borcu sakinləri niyə narahat edir? - Baba Rzayev müraciət
26-12-2016, 15:33
Oxunub: 3 384
"Son bir həftədə aşkar etdiyimiz fakt bizim narahatlığımızı bir qədər də artırıb"
“Azərişıq” ASC-nin sədri Baba Rzayev cənablarına
Hörmətli Baba müəllim, “İlin dörd fəsli” MMC-nin Masazır qəsəbəsində inşa etdiyi “Yeni Bakı” yaşayış kompleksinin sakinləri olaraq çox ciddi bir problem ilə bağlı Sizi məlumatlandırmaq və eyni zamanda Sizdən kömək istəyirik. Belə ki, biz ayrı-ayrı vaxtlarda bu kompleksdə mənzil almışıq. Ancaq üzərindən 5 ildən artıq müddət keçməsinə baxmayaraq, hələ də “Azərişıq” bizi abonent kimi tanımır və bizə abonent kodu vermir. Bununla bağlı müraciətlərimizə isə rəhbərlik etdiyiniz qurum tərəfindən “biz o kompleksdə abonent kimi İDF MMC-ni tanıyırıq” məzmununda cavablar alırıq. Biz də məcburiyyət qarşısında işıq pulunu ya şirkətin kompleksdə təsis etdiyi komendantlığa (bu komendantlıq özü də qeyri-qanuni fəaliyyət göstərir), ya da İDF MMC-nin bank hesabına ödəyirik. Xüsusilə də komendantlıq ödədiyimiz pulun müqabilində bizə rəsmi qəbz təqdim etmir. Halbuki biz Azərbaycan vətəndaşı olaraq tam şəffaf və qanuni ödənişlərin tərəfdarıyıq.
Son bir həftədə aşkar etdiyimiz fakt bizim narahatlığımızı bir qədər də artırıb. Müəyyən etmişik ki, İDF MMC-nin (abonent kodu 31000120768) “Azərişığ”a 100 min manatdan çox borcu var (106,178.15 – 26 dekabr, 2016-cı il tarixinə). Bizim İDF MMC-yə elektrik enerjisi sərfiyyatına görə borcumuz olmadığı halda, MMC-nin “Azərişığ”a külli miqdarda borcunun olması bizi ciddi şəkildə narahat edir: həm borca görə işıqlar kəsilə bilər, həm də gələcəkdə İDF MMC borcu ödəməkdən imtina etsə, bu borc sakinlərin adına yazıla bilər.
Hörmətli Baba müəllim,
Həm borc problemini diqqətdə saxlamağınızı, həm də sakinlərin fərdi qaydada abonent kodu ilə təmin edilməsi barədə göstəriş verməyinizi Sizdən xahiş edirik.
Hörmətlə, “Yeni Bakı” yaşayış kompleksinin sakinləri
26.12.2016
DİA.AZ
Qarşı tərəfi də dinləməyə hazırıq...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər