BolgeXeber.Com » Xəbərlər » Ərini baltalayan qadın: "Uşaqları öldürməklə hədələyirdi" - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Ərini baltalayan qadın: "Uşaqları öldürməklə hədələyirdi" - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
29-12-2016, 09:36
Oxunub: 2 690
Gürcüstanın Marneuli rayonunun Təzəkənd sakini 23 yaşlı Türkan Tahir qızı Kərimova polisə ilkin ifadəsində 33 yaşlı əri Ruslan Telman oğlu Kərimovunu qətlə yetirdiyini etiraf edib
APA-nın Gürcüstan bürosunun məlumatına görə, qadın bu addımı özünü və 3 azyaşlı övladını qorumaq üçün atdığını bildirib. İfadədə bildirilib ki, əri onu və uşaqlarını öldürməklə hədələyirmiş.
Hazırda təqsirləndirilən şəxs barəsində imkan tədbirinin seçilməsi ilə əlaqədar Rustavi şəhər Məhkəməsinə aparılıb. O, tibbi müayinədən keçiriləcək, barəsində qərar veriləcək. Ehtimal edilir ki, himayəsində azyaşlıların olması nəzərə alınacaq və onun barəsində həbs qətimkan tədbiri seçilməyəcək.
Qeyd edək ki, hadisə 25-dən 26-na keçən gecə olub. Türkan Kərimova ərini baltalayaraq, öldürüb. Ər-arvad əmiuşağı olublar və onların 6 yaşlı, 2 yaşlı və 1,5 aylıq uşaqları var.
Ruslan Kərimov bu gün Təzəkənd qəbiristanlığında torpağa tapşırılıb.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes