Futbol üzrə dünya çempionatı Rusiyanın əlindən alına bilər
29-12-2016, 14:12
Oxunub: 2 670
Deyəsən, dünya idmanında misli görünməmiş qalmaqalın başlanğıcı qoyulub
Qalmaqalın bir tərəfində Rusiya və onun idman aləmi, digər tərəfində isə beynəlxalq federasiyalar durur.
Virtualaz.org xəbər verir ki, bu gün Beynəlxalq Futbol Assisiasiyaları Federasiyası (FİFA) dopinqdən istifadə halları təqdiqlənərsə, Rusiyaya qarşı sanksiya tətbiq edilə biləcəyini bildirib. Bunu FİFA prezidenti Canni İnfantino deyib.
“Əgər dopinqdən istifadə halları gizlədilibsə və onları üzə çıxarmaq mümkün olacaqsa, FİFA və UEFA bütün zəruri addımları atacaq”, – FİFA başçısı bildirib.
Rusiya 2018-ci il dünya çempionatının ev sahibidir. 2017-ci ilin yayında isə bu ölkədə futbol üzrə Konfederasiyalar kuboku baş tutmalıdır.
Virtualaz.org qeyd edir ki, Rusiya idmanına qarşı son dövrlərdə təzyiqlər misli görünməmiş miqyas alıb və əslində, sistemli xarakter daşıyır. Şimal qonşumuzun idmançılarına qarşı sanksiyaların tətbiq edilmədiyi idman növü tapmaq az qala mümkün deyil. Son aylar ərzində Rusiya paralimpiya yığması Paralimpiadadan xaric edilib, 2017-2018 mövsümünün Rusiyada keçiriləcək bütün biatlon, xizək idmanı və bobsley turnirləri ləğv edilib, ən məşhur rusiyalı tennisçi Mariya Şarapova 1 ildir ki, korta ayaq basa bilmir.
Onu da bildirmək yerinə düşər ki, rusiyalı hakerlər bu hücumlardan sonra Beynəlxalq anti-dopinq təşkilatının (WADA) serverlərini “sındırmış” və xeyli sayda amerikalı idmançıya tam qanuni şəkildə dopinqdən istifadəyə icazə verildiyini sübuta yetirmişdilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər