BolgeXeber.Com » Xəbərlər » BDYPİ-nin İmtahan Qeydiyyat şöbәsi necә xidmәt göstәrir?

BDYPİ-nin İmtahan Qeydiyyat şöbәsi necә xidmәt göstәrir?

13-11-2022, 10:22
Oxunub: 4 974 "Biz nə vaxt Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinə üz tutsaq, bizi qəbul edib problemlərimizi dinləyirlər"

Son zamanlar ölkənin müxtəlif sahələrində ciddi islahatlar aparılır, korrupsiya və rüşvətin qarşısını kəsən müəyyən addımlar atılır. Sözsüz ki, bütün bunların başında Azərbaycan Prezidentinin şəxsi iradəsi dayanır.

Uzun müddətdir ölkə mətbuatında Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsində korrupsiya olduğu ilə bağlı ittihamlar yazılırdı. Həmin yazılarda qeyd olunurdu ki, bu şöbəyə yolu düşən bütün sürücülərin üzünə idarə qapıları bağlı tutulur. Uzun süründürməçilikdən sonra idarəyə dəvət edilmiş qurbanların qarşısında "makler”lər peyda olur. Əsl sövdələşmə də bundan sonra başlayır. Bəzən idarə etdiyin maşının "qluşiteli”, bəzən siqnalı, bəzən isə hər hansı bir hissəsi "standart”lara cavab vermir. Maraqlıdır ki, vətəndaşdan tələb olunan külli miqdarda pul bütün "standart”ları öz yoluna qoyur.

Biz də Bolgexeber.com olaraq bu məsələni araşdırmağa qərar verdik. Bununla əlaqədar olaraq paytaxda təxminən 30 sürücüdən müsahibə alıb fikirlərini öyrəndik. Onlar bildirdilər ki, əslində məsələ saytlarda yazıldığı kimi deyil. Biz nə vaxt Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinə üz tutsaq, bizi qəbul edib problemlərimizi dinləyirlər. İmkan daxilində lazım olan şərait yaradılır və problemlərimizə çarə tapılır.

İstər avtomobilimizi qeydiyyatdan keçirəndə, istərsə də yeni nömrə almaq istəyəndə, çətinliklə üzləşmirik. Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsi haqqında yazılanlardan az-çox xəbərimiz var, ancaq bu faktların heç bir sübutu yoxdur. Onun rəisi olduğu idarənin fəaliyyətindən tam razıyıq. Bu qurumun xidmətində qüsur çox az hallarda olur və həmin qüsurlar qısa zamanda aradan qaldırılır.
 Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinə üz tutanlar arasında olan Qarabağ qaziləri və müharibə veteranları saytmıza bildirdilər ki, onlar burada yaradalıan şəraitdən, xidmətdən razıdırlar və yaradılan yaxşı şəraitə görə ölkə başçısına təşəkkür etdlər. Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsindən isə bildirdilər ki, qazilər, müharibə veteranları, şəhid ailələri daima onların diqqətindədir və onlara güzəştlər edilir.

Bəzi sürücülər isə "zerkalni" nömrələrin satılmasına bəzi təklifləri olduğunu bildirdilər. Onlar deyirlər ki, "zerkalni" nömrələrin dövlət rüsumu aşağı qiymətə olsa, çox yaxşı olardı. Biz də çox istərdik maşınımızın nömrəsi gözəbatan olsun, qiymətlər çox baha olduğuna görə ala bilmirik.


Mövzu ilə bağlı araşdırmamız davam edir. Yazılanlardan daha ətraflı xəbərdar olmaq üçün "Bolgexeber.tv" saytını izləmədə qalın. Qeyd etdiyimiz videoreportaj yaxın dəqiqələrdə yayımlanacaq.
Bolgexeber.com