BolgeXeber.Com » Xəbərlər » Külli miqdarda vəsait mənimsəyən “Qurtuluş TV” haqqında şok iddialar

Külli miqdarda vəsait mənimsəyən “Qurtuluş TV” haqqında şok iddialar

14-02-2017, 15:23
Oxunub: 1 911 Külli miqdarda vəsait mənimsəyən “Qurtuluş TV” haqqında şok iddialarRƏŞAD MƏMMƏDOV VƏ ARZU HACIYEVANIN "MALİYYƏ PLANI”

Son bir neçə ayda 7News.az redaksiyasının ünvanına jurnalistika adı altında həyata keçirilən maxinasiyalarla bağlı ciddi şikayətlər daxil olmaqdadır

Şikayətlərin böyük əksəriyyəti reket jurnalistika ilə bağlı olsa da, digər bir qismi isə media ilə bağlı bəzi iş adamlarına layihələr təklif edib külü miqdarda vəsit mənimsəyən "jurnalistlərlə” bağlıdır.

Daxil olan şikayətlərdən böyük əksəriyyəti aldadılmış iş adamları ilə bağlıdır. Redaksiyamıza ünvanlanan müraciətlərdən biri daha cidi maliyyə maxinasiyasına aid olduğuna görə təqdim etməyi özümüzə borc bilirik. Bəzi media qurumlarından da bildiyinizi kimi 06 iyun 2016-cı il tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Qurtuluş MR”MMC-nin təsis etdiyi "Qurtuluş tv”-nin və qtvxeber.az saytının təqdimat mərasimi keçirildi. Mətbuat Şurasının, Milli Teleradio Şurasınınvə ölkənin aparacı media qurumlarından bir nəfərin də qatılmadığı təqdimat mərasimindən sonra tv-nin youtube kanalında bəzi verilişlərin anonsu ilə bağlı olduqca qeyri-peşəkar videolar yayılmağa başladı. Sonrakı aylarda isə "Qurtuluş tv”-nin getdikcə "yoxa” çıxdığının şahidi olduq.

ƏSLİNDƏ NƏ BAŞ VERİRDİ?

Təqdimat mərasimində Qurtuluş tv”-nin təsisçisi Rəşad Məmmədov çıxış edərək "böyük strategiya” ilə bağlı geniş vədlər verdi. Sahibkarlara peyk vasitəsi ilə yayınlanacağı ilə bağlı verilən vədlər elə açılış mərasimindəcə puça çıxdı. Belə ki,ilk mərhələdə TV-nin internet üzərindən yayınlanacağı ilə bağlı elan verildi. Daha sonra isə bir neçə verilişin adı qeyd olunaraq yaxın zamanlarda "Türksat" vasitəsi ilə Tv-nin yayımının Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Orta Asya ölkələrindəizləməyin mümkün olunacağı qeyd edildi. Amma...

RƏŞAD MƏMMƏDOV VƏ ARZU HACIYEVANIN "MALİYYƏ PLANI”

"Qurtuluş Günü” hər bir azərbaycanlı üçün olduqca əlamətdar bir gündür. Məhz bu gündə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı, ölkəmizin xəritədən silinmə təhlükəsinə son qoydu, tariximizdə yeni era başladı. Məhz buna görə bu tarix bizə həm əziz, həm də şərəflidir. Ancaq görünür bəzi insanlar öz məkrli məqsədlərini həyata keçirmək üçün bütün milli-mədəni dəyərləri tapdalamağa hazırdırlar. Ən şərəfli peşə sayılan jurnalistika üzərindən Ulu Öndər tarixinə qədər uzanan "qara niyyətin” müəllifləri mütləq şəkildə ədalət qarşısında cavab verməlidirlər. "Qurtuluş tv”-nin təsisçisi Rəşad Məmmədov və direktoru Arzu Hacıyeva ölkədə fəaliyyət göstərən bir çox iş adamından yeni, perspektivli TV açmaları və onlara MMC-də pay verilməsi ilə bağlı vədlər verərək olduqca böyük məbləğdə vəsaitlər almışlar. Adının çəkilməsini istəməyın sahibkarlar ilkin mərhələdə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bağlı tarixə düşən Qurtuluş günü ilə bağlı yaradılacaq TV-də rolu olmasından fəxr etdiklərini qeyd edirdilər. Onlar heç bir halda bu ad altında kimlərinsə maliyyə maxinasiyası edəcəyini düşünmədiklərini bildiriblər.

HÜQUQ MÜHAVİZƏ ORQANLARI İŞƏ QARIŞIR

Məsələ ətrafında ilkin məlimata görə "Qurtuluş tv”-nin təsisçisi Rəşad Məmmədov və direktoru Arzu Hacıyeva ilə bağlı bəzi polis bölmələrində ilkin araşdırmalar başlayıb. Artıq Yasaman və Nərimanov polis bölmələrində bəzi şəxslər ifadələr veriblər. Respublika Baş Polis İdarəsi də məsələyə öz münasibətini bildirəcək. Bundan başqa işdə korrupsiya elementləri olduğuna görə bu hallarla mübarizə aparan müvafiq qurumların da müdaxiləsi istisna edilmir. Maxinasiyada, həmçinin, CBC kanalında işlədiyi iddia olunan Samir Cəfərovun da adı hallanır. Hər halda biz də redaksiya olaraq korrupsiya faktı olan bu olayla bağlı bəzi hüquq-mühavizə orqanlarına sorğu göndərməyi də nəzərdə tutmuşuq.