BolgeXeber.Com » Xəbərlər » Lerikdə qar uçqunu altında qalan ev bələdiyyə sədrinin atasına məxsusdur

Lerikdə qar uçqunu altında qalan ev bələdiyyə sədrinin atasına məxsusdur

23-02-2017, 16:01
Oxunub: 2 340 Lerikdə qar uçqunu altında qalan ev bələdiyyə sədrinin atasına məxsusdurLerik rayonunda qar uçqunu baş verib

Lerik rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə səhər saatlarında rayonun Orat kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus ev qar uçqununun altında qalıb.

Hadisə nəticəsində Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi uçqun altında qalıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xilasedicilər uçqun altından bir azyaşlı uşağı sağ xilas etsələr də, həmin uşaq da aldığı xəsarətlər nəticəsində ölüb.

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsusdur.