"Polad Ələmdar" ayamalı başçı da yola salınır - Nazirin himayəsi ortadan qalxıb
3-03-2017, 10:10
Oxunub: 2 510
Şəmkir rayonunun "Polad Ələmdar" ayamalı icra başçısı Alimpaşa Məmmədov vəzifəsindən azad oluna bilər
Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, həm Hesablama Palatasının rayonda apardığı yoxlamalarının neqativ nəticələri və həm də Şəmkir rayonunun adının barəsində ən çox şikayət olunan rayonlar sırasında olması belə bir qərarın verilməsinə nədən ola bilər. Amma əsas səbəb də bu deyil.
Dia.az-ı bilgiləndirən qaynaq iddia edir ki, Vergilər Naziri Fazil Məmmədovun himayəsi altında olan Alimpaşa Məmmədov elə himayədarının da qəzəbinə tuş gəlib. Mənbənin söylədikləri:
"Bu günlərdə nazirlə başçı arasında çox ciddi məbləğ üzündən anlaşılmazlıq olub. Daha doğrusu, gərginlik. Bu isə Alimpaşa Məmmədovun üstündən xətt çəkilməsinə səbəb olub. Çünki nə zaman idi, Alimpaşa Məmmədovla bağlı Fazil Məmmədova iradlar bildirilirdi. Və nazir də himayəsində olan başçını savunurdu. İndi isə belə bir himayə də qalmayıb ki, bu da Alimpaşa Məmmədovun ilk büdrəyişində karyerasının bitişi ilə nəticələnəcəyi ehtimalını artırır".
Əlavə detallı bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər