Nazir mərkəz direktorunu yüksək məbləğli korrupsiyada ittiham edib?
15-03-2017, 11:07
Oxunub: 2 825
Yoxlama zamanı 1500 nəfərdən çox vətədaşa işsizlik müavinətinin ödənişi araşdırılıb və məlum olub ki, mərkəzin hazırkı direktoru İ.Hüseynov yuzə qədər vətəndaşla qeyri-qanuni razılaşmaya gedərək onlara işlədikləri halda işsizlik müavinəti ödəyib və beləliklə 82 000 manatdan artıq büdcə vəsaiti talanıb
Fevral ayının 17-də Əmək və əhalinin soaial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
Arqument.Az-a verilən məlumata görə, mətbuat nümayəndələrinin də iştirak etdiyi qəbul zamanı S.Müslümov Sumqayıt Məşğulluq Mərkəzinin direktoru İ.Hüseynovu ayağa qaldıraraq, ondan 2016-cı il ərzində mərkəzdə 82 000 manatdan artıq vəsaitin əsassız şəkildə müavinət kimi ödənilməsinin səbəbini soruşub.
Bunun ardınca nazir bildirib ki, mərkəzdə aparılmış yoxlamanın nəticələrini prokurorluğa göndərəcək və mərkəz direktorunu tutduğu vəzifədən azad edəcək. Mərkəz direktoru isə öz növbəsində mənimsənilmiş vəsaitin 29 000 manatının artıq dövlət büdcəsinə ödədiyini deməklə özünə bəraət qazandırmağa çalışıb.
Verilən məlumata görə ƏƏSMN-in yoxlama komissiyası S.Müslümovun əmrinə əsasən 2017-cı ilin yanvar ayında Sumqayıt şəhər Məşğulluq Mərkəzində yoxlama aparıb.
Yoxlama zamanı 1500 nəfərdən çox vətədaşa işsizlik müavinətinin ödənişi araşdırılıb və məlum olub ki, mərkəzin hazırkı direktoru İ.Hüseynov yuzə qədər vətəndaşla qeyri-qanuni razılaşmaya gedərək onlara işlədikləri halda işsizlik müavinəti ödəyib və beləliklə 82 000 manatdan artıq büdcə vəsaiti talanıb.
Maraqlıdır ki, S.Müslümovun yuxarıdakı fikirlərinin səsləndiyindən 1 aya qədər vaxt keçsə də, İ.Hüseynov hələ də Məşğulluq mərkəzinin direktoru vəzifəsində çalışır.
Mövzu ilə bağlı Sumqayıt Məşğulluq Mərkəzindən münasibət öyrənmək mümkün olmayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər