BolgeXeber.Com » Xəbərlər » Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin hesabat seçki konfransı keçirilib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin hesabat seçki konfransı keçirilib
15-03-2017, 20:06
Oxunub: 4 880
14 mart 2017-ci il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin hesabat seçki konfransı keçirildi
Konfransda MİHİ Respublika Komitəsinin nümayəndəsi Zöhrə Adgözəlova, Bərdə rayon İcra Hakimiyyətinin məsul işçisi Asif Abbasov və konfrans nümayəndələri iştirak edirdi. Konfransda rayon komitəsinin sədri Vüqar Şadlinski 2012-2017-ci illəri əhatə edən dövr üçün hesabat məruzəsi ilə çıxış etdi. Vüqar Şadlinski məruzədə komitənin 5 il ərzində gördüyü işlərdən, fəaliyyət çərçivəsindən, həmçinin, nöqsanlardan və qarşıda duran vəzifələrdən ətraflı şəkildə bəhs etdi. Məruzənin sonunda Vüqar Şadlinski yeni seçiləcək heyətə işlərində uğurlar və nəaliyyətlər arzuladı.
Hesabat məruzəsindən, edilən çıxışlardan sonra Konfrans Komitənin fəaliyyət proqramı kimi səslənən qərarlar qəbul etdi. MİHİ Bərdə rayon komitəsi sədrinin 2012-2017-ci ildə fəaliyyətinə dair hesabat məruzəsi və Təftiş Komissiyasının hesabatı nəzərə alınaraq rayon Həmkarlar komitəsinin fəaliyyəti kafi qiymətləndirildi.
Komitəyə İttifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin qorunması, gənclərlə, qadınlarla aparılan iş sahəsində fəaliyyəti daha da genişləndirmək tapşırıldı.
Konfrans həmçinin 19 nəfərdən ibarət Rayon Komitəsini, 11 nəfərdən ibarət rəyasət heyətini və 3 nəfərdən ibarət təftiş komissiyasını seçdi.
MİHİ Bərdə rayon komitəsinin sədri vəzifəsinə yenidən Şadlinski Vüqar Yunis oğlu seçildi.
MİHİ Respublika Komitəsinin XVIII konfransına Şadlinski Vüqar Yunis oğlu və Babayev Əlövsət Həsənalı oğlunun nümayəndə seçilməsi dəstəkləndi.
Sonda iştirakçıların fikir və təklifləri öyrənildi. Bəzi məsələlər yerindəcə həllini tapdı.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər