Avropa Şurasının nümayəndə heyəti Baş Prokurorluqda olub
16-03-2017, 17:53
Oxunub: 2 358
Baş prokurorun birinci müavini Rüstəm Usubov Avropa Şurası Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirən R.Usubov ölkəmizin demokratiya və insan hüquq və azadlıqları prinsiplərinə daim sadiq olduğunu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından belə görüşlərin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin ölkənin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, aparılan islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər və bu sahədə prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə qonaqlara ətraflı məlumat verilib.
İnsan hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının daim təkmilləşdirildiyini, bu sahədə ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğunu, insan hüquq və azadlıqlarının qorunmasının prokurorluq orqanları qarşısında duran prioritet vəzifə olduğunu, eyni zamanda, bir sıra beynəlxalq, o cümlədən Avropa Şurasının GRECO təşkilatı ilə uğurlu əməkdaşlığını diqqətə çatdıran R.Usubov, Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamının əhəmiyyətini xüsusi vurğulayaraq bu mühüm sənədin sistemli şəkildə həyata keçirilən hüquqi islahatların növbəti mərhələsinin əsasını, həmçinin prokurorluq orqanları qarşısında yeni öhdəliklər qoyduğunu bildirib.
Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını maraqla qarşıladığını ifadə edən A.Qessel, Avropa Şurası ilə əməkdaşlığı təqdir edib və Avropa məkanında da insan hüquqlarının mövcud problemlərinə toxunaraq Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Görüşdə əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər