BolgeXeber.Com » Xəbərlər » Cəlilabad sakinləri nəyə etiraz edir?

Cəlilabad sakinləri nəyə etiraz edir?

18-03-2017, 09:46
Oxunub: 3 218 Cəlilabad sakinləri nəyə etiraz edir?Cəlilabad RİH-nin başçısı Əziz Əzizovun rayonun bütün kəndlərində əhali ilə səyyari qəbul görüşləri davam edir

Növbəti görüş Qarakazımlı kəndində keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının və idarə- təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə Cəlilabad RİH-nin başçısı Əziz Əzizov çıxış edərək səyyari görüş və qəbulların artıq bir ənənəyə çevrildiyini, vətəndaşların şikayət və müraciətlərinə bilavasitə yaşadıqları ərazidə baxılmasının öz müsbət nəticəsini verməsindən, rayonda həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib . İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb. Daha sonra Dələli, Sarxanlı və Moranlı kəndlərində keçirilən görüşlərdə sakinlərin məşğuliyyəti, burada yaşayan əhalinin mövcud problemləri və il ərzində ərazidə görülən işlərlə bağlı məlumat verilib.

Səyyar görüşlərin keçirildiyi müddətdə Cəlilabadın sözügedən kəndlərində çəkiliş aparan Bölgə TV əməkdaşları kənd sakinləri ilə danışaraq onların Əziz Əzizov haqqında olan fikirlərini öyrəniblər.
"Əziz Əzizovun başçı olduğu müddətdə həmişə ondan razı olmuşuq, bundan sonra da belə olacağına inanırıq. Bir neçə ay əvvəl bəzi saytlarda oxumuşduq ki, guya Əziz Əzizov şəhid ailələrinə ayrılmış sığorta puluna göz dikib mənimsəyib. Burdan onlara bildirmək istəyirik ki, yazılanlar kökündən yalandır. Biz həmin yazılar gedən vaxtda da bu məsələyə öz etirazımızı bildirmişdik. İndi yenə də bu mövzuya qayıdırıq. Xahiş edirik, belə ucuz yazılarla Əziz Əzizova qara yaxmağa çalışmasınlar. Ən azından sakinlər onun necə başçı olduğunu yaxşı bilir."- deyə sakinlər bildiribər.

Bundan əvvəlki görüşlərdə yeni istifadəyə verilmiş 34 km-lik yolun sakinləri nə qədər problemdən azad etdiyindən söhbət açılmışdı.
Bu günlərdə isə bir müddət əvvəl söz verilmiş qazlaşdırma prosesi yekunlaşıb. Sakinlər bu münasibətlə Prezident İlham Əliyevə göstərdiyi qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Respublikamızda dinamik inkişafın sürətlə davam etməsindən bəhs edən Əziz Əzizov rayonunun sosial-iqtisadi inkişafının, əhalinin sosial rifah halının yaxşılaşdırılmasının hər zaman Prezidentin diqqət mərkəzində olduğunu qeyd edib.

Sonda isə Əziz Əzizov qarşıdan gələn Novruz bayramı münasibətilə Cəlilabad sakinlərini təbrik edib, onlara uzun ömür, can sağlığı arzulayıb.
Bolgexeber.com