BolgeXeber.Com » Xəbərlər » Fazil Mustafa: “Son vaxtlar hər gün oxuyuruq ki, filan rayonda at kəsildi, eşşək kəsildi, it kəsildi”
Fazil Mustafa: “Son vaxtlar hər gün oxuyuruq ki, filan rayonda at kəsildi, eşşək kəsildi, it kəsildi”
14-04-2017, 14:12
Oxunub: 3 783
Hesablama Palatasının hesabatı barədə danışarkən deputat Fazil Mustafa çox maraqlı məsələlərə toxundu
O, sənəddə “nöqsan” kimi xarakterizə olunan faktlara diqqət çəkdi: “11,3 milyon manat 75 min və 17 min avro məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılmasından söhbət gedir. Bu boyda Beynəlxalq Bankda mənimsənilmiş böyük vəsaitlərin heç biri büdcəyə qaytarılmayıbsa, biz bu işlərlə qane ola bilmərik. Sənəddə bu faktların sadəcə bir nöqsan olaraq göstərməyin nə mənası var? Bizi daha çox maraqlandıran nəticədir. Bəli, Azərbaycan reallıqlarında hər yerə rahatlıqla gedə bilməz. Amma dövlər vəsaitlərinin büdcəyə qaytarılması üçün daha ciddi addımla atılmalıdır”.
F.Mustafa qida təhlükəsizliyi məsələsində hökm sürən acılanacaqlı vəziyyətə də diqqət çəkdi: “Son vaxtlar hər gün oxuyuruq ki, filan rayonda at kəsildi, eşşək kəsildi, it kəsildi. Kəsib lüləkabab şəklində restoranlarda vətəndaşlara yedirirlər. Bunun başında hansıa məmurun vəsaitlər qazanması müqabilində baş verir. Yaxud adi Xəzər dənizinin balığına da vətənfaş həsrət qalıb. Mal-heyvanı, qaz-nefti başa düşdük. Bu balığa ki, ot, yem verilmir. Elə qiymət qoyurlar ki...Bu ökədə yaşayan vətəndaş da heç olmasa o kürüdən bir qaşıq yeyə bilsin. Heç olmasa bu sahədə qiymətlərə nəzarət etmək lazımdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər