BolgeXeber.Com » Xəbərlər » ABŞ Suriyada Əsədi devirməyə hazırlaşır – Onun yerinə gələcək olan şəxsin adı məlum oldu
ABŞ Suriyada Əsədi devirməyə hazırlaşır – Onun yerinə gələcək olan şəxsin adı məlum oldu
14-04-2017, 14:13
Oxunub: 2 807
Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-ın Əsədi devirib yeni bir hökumətin təməlini atmaq istədiyi iddia olunur
Suriyadakı mənbələr Əsəd rejiminin İdlibdəki kimyəvi hücumundan sonra ABŞ prezidenti Donald Trampın sərt reaksiya verərək Şəyrat bazasını vurmasını qəbul olunmuş bir qərarın işarəsi olaraq görür.
Avropa.info xəbər verir ki, Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-ın Əsədi devirib yeni bir hökumətin təməlini atmaq istədiyi iddia olunur.
Tramp hökuməti bu planını həyata keçirmək üçün Suriyada Rusiyanın qəzəbinə səbəb olacaq həmlələr etməyə davam edə bilər.
Sahədən gələn məlumatlara görə ABŞ qısa müddət ərzində Suriyada 1-2 kritik nöqtəni də vuracaq. Rus əsgərlərinin də məhz buna görə bəzi kritik nöqtələri boşaltmağa başladığı iddia olunur.
Əsədin devriləcəyi təqdirdə yerinə keçəcək olan şəxsin də demək olar məlum olduğu bildirilir. Bu şəxsin Suriya hadisələrinin başlamasından sonra Fransaya sığınan general Manaf Talas olduğu iddia olunur.
Qərbin Əsədin yerinə onu hazırladığını deyən mənbələr Suriyanın 100 il əvvəl Fransanın müstəmləkəsi olduğunu, Fransanın hakimiyyətə gətirmək istədiyi şəxsin Qərb dünyası tərəfindən də dəstəklənəcəyini vurğulayır.
Hazırda bu məsələnin konkret olaraq dünya ictimaiyyəti tərəfindən müzakirə olunmamasına baxmayaraq Əsədin devrilməsi və Talasın adının önə çıxması halında isə həlledici qərarın Türkiyə tərəfindən qəbul ediləcəyi bildirilir.
Rəsmi Ankaranın mövqeyinin keçid dövründə Suriyanı kimin idarə edəcəyinin müəyyən edilməsində mühüm meyar olacağı heç kəsə gizlin deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər