BolgeXeber.Com » Xəbərlər » “Məntiq və maraq” rubrikasında şagirdlər arasında intellektual oyunun yekun turu keçirildi-Bərdədə
“Məntiq və maraq” rubrikasında şagirdlər arasında intellektual oyunun yekun turu keçirildi-Bərdədə
2-05-2017, 11:15
Oxunub: 6 163
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Bərdə rayon Mərkəzi kitabxananın uşaqlara xidmət şöbəsində “Məntiq və maraq” rubrikasında şagirdlər arasında intellektual oyunun yekun turu keçirildi
Tədbiri giriş sözü ilə uşaqlara xidmət şöbəsinin müdiri Sevda Süleymanova açıb. O, tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, - “Bu tədbirimiz 05.04.2017 –ci il tarixdən başlayaraq 4 tur davam edib. Hər turda məktəblilərə müvafiq olaraq müxtəlif mövzularda suallar tərtib edilərək təqdim olunmuşdur. Verilən cavablardan aydın oldu ki, məktəblilərin intellektual səviyyəsi, vətənpərvərlikləri, dünyagörüşü, elmlərə, təbiətə, onun flora və faunasına, ekologiyaya, xalq yaradıcılığına, milli adət-ənənələrə, mütaliəyə maraqları yaxşı səviyyədədir”. Sonra o, çıxışında əlavə edib ki, - “Bu yarışda iştirak etməyin özü elə qalib olmaq deməkdir. Çünki, sən özünə güvənirsən. Bu insan həyatında, onun gələcəyinin formalaşdırmasında ən mühüm, vacib şərtlərdəndir”. Çıxışdan sonra Sevda xanım komandalara müvəffəqiyyətlər arzulayaraq intellektual oyuna start verib.
Tədbirdə Bərdə şəhər məktəblərinin VI sinif şagirdləri yarışıb. IV turun nəticələrinə əsasən şəhər 4 nömrəli məktəbin şagirdləri I yerə, Akademik Z. Əliyeva adına məktəbin şagirdləri II yerə, 7 nömrəli məktəbin şagirdləri isə III yerə layiq görülüblər.
Tədbirin qonaqlarından ”Bərdə”qəzetinin məsul işçisi Şükufə xanım Əlıyeva çıxış edərək məktəbliləri təbrik edib. Onlara həsr etdiyi şerini söyləyən Şükufə xanım bu tədbirin keçirilməsini alqışladığını və belə tədbirlər şagirdlərin dünyagörüşünün, intellektual səviyyəsinin daha da inkişaf etməsinə müsbət təsir göstərdiyini qeyd edib. O həmçinin onu da vurğulayıb ki, -“Uşaqlar anlayırlar ki, təkcə dərs kitabları oxumaqla deyil, həm də güclü mütaliə etmək lazımdır ki, çox şeylərdən xəbərdar olasan”.
Məktəblilərdən İ.Əhmədov, M.Quliyeva, F.İsmayılova, N.Manaflı, Z.Mirzəyeva, və başqaları vətənə, şəhidlərə həsr edilmiş şerlər, mahnılar ifa edərək öz məharətlərini nümayiş etdiriblər.
Onu da qeyd etmək yerinə düşər ki, tədbiri keçirməkdə əsas məqsədlərdən biri uşaqları kitabxanaya cəlb etmək və bu cür tədbirlərlə uşaqlarda mütaliə maraqlarını artırmaqdır.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər