BolgeXeber.Com » Xəbərlər » Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

3-05-2017, 09:34
Oxunub: 2 713 Bu gün Ümumdünya Mətbuat Azadlığı GünüdürBu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

"Report" xəbər verir ki, 1993-cü ildə BMT-nin Baş Assambleyası 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü (World Press Freedom Day) elan edib. Bu qərar YUNESKO-nun Baş Konfransının işinin nəticəsi olub. Belə ki, 1991-ci ildə qəbul edilmiş "Dünyada mətbuat azadlığının təmin edilməsinə yardım haqqında" qətnamədə Baş Konfrans azad, plüralist və müstəqil mətbuatın istənilən demokratik cəmiyyətin mühüm komponenti olduğunu tanıyıb.